Damar tıxanması niyə olur?

Damar tıxanması müasir dövrdə yaşı irəliləyən insanlarda meydana çıxan təhlükəli xəstəlikdir.
damar tıxanması

Damar tıxanması müasir dövrdə yaşı irəliləyən insanlarda meydana çıxan təhlükəli xəstəlikdir.

Bədənimizdə aldığımız oksigendən yediyimiz yeməklərə qədər hər şey qana qarışaraq qan dövranı sistemi adlandırdığımız minlərlə damardan ibarət şəbəkə vasitəsilə hüceyrələrə çatdırılır.

Damar tıxanması nədir?

Bu damar şəbəkəsində sağlıqsız qidalanma və həyat tərzi nəticəsində yaranan plak aterom və qalıqların arteriyaları tıxaması nəticəsində yaranən narahatlığa damar tıxanması deyilir.

İnsan sağlamlığı baxımından olduqca ciddi və təhlükəli nəticələri olan xəstəlik kimi diqqət çəkir.

Sözügedən plaklar və digər qalıqlar damarların sərtləşməsinə və ya daralmasına, qan dövranını yavaşladaraq buna bağlı olaraq daxili orqanlara kifayət qədər oksigenin getməməsinə, ürək və ya beyinə gedən damarlarda qan laxtalanmasına səbəb olaraq qan axınının dayanmasına gətirib çıxara bilər.

Damar tıxanması əlamətləri

Damar tıxanması adətən fərq edilmir. Bu səbəbdən də tıxanmanın irəliləməsi halında ürək tutması və ya insult kimi insan həyatı baxımından olduqca təhlükəli vəziyyətlər gözlənilməz anlarda ortaya çıxa bilər.

Yavaş-yavaş yaranan bu xəstəlik əsasən 50 yaşdan yuxarı şəxslərdə əlamət verir. Çox az hallarda uşaq və gənclərdə də görülür.

Damar tıxanması əlamətləri baxımından diqqətli olmaq və sağlam həyat tərzini seçmək bu xəstəliyə tutulmamaq üçün ən vacib amildir.

İrsi xüsusiyyətlər, içki və siqaret istifadəsi ilə yanlış qidalanmanın əsas tetikleyicisi olduğu damar tıxanması ağır-ağır irəliləyən təhlükəli sağlamlıq problemdir.

Bir çox əlaməti olsa da xəstələr tərəfindən adətən erkən fərq edilmir. Lakin bunun nəticəsində insan həyatı üçün çox təhlükəli olan ürək tutması və insult kimi şoklar özünü göstərə bilər.

Ürək damarlarında tıxanma əlamətləri

Nəfəs alındıqdan sonra ağciyərlərə dolən oksigen arteriyalar vasitəsilə ürəyə göndərilir. Qanda toplanan plakların koronar arteriləri tıxaması nəticəsində isə döş ağrısı (angina) adlanan sağlamlıq problemi yaranır.

Ürək əzələsinin kifayət qədər oksigen almaması nəticəsində yaranan anginanın əlamətləri belədir:

  • Döşün üstündə təzyiq yaranması, döşün sıxılması
  • Çiyin, qol, boyun, çənə və ya kürək nahiyələrində təzyiq və ya sıxılma
  • Hazımsızlıq ağrısı
  • Fiziki fəaliyyətlərdən sonra döş nahiyəsində yaranan ağrı
  • Nəfəs darlığı
  • Ürək ritmi ilə bağlı nizamsızlıq və digər problemlər

İnsanın bəzi proseslərdə yaşadığı emosional stress də anginal ağrını artıran amillər arasında göstərilir. Bu nöqtədə ürək ətrafında yerləşən ən kiçik kapillyar damarın belə tıxanması böyük problemlərə yol aça bilər.

Bu tip əlamətlər isə nəfəs darlığı, yuxu problemləri, zəiflik və daimi yorğun hiss etmə halı kimi sıralana bilər.

Beyin damarlarında tıxanma əlamətləri

Koronar arterlərdən fərqli olaraq oksigenlə dolu qanı beyinə daşıyan boyun damarlarına “karotis arterlər” adı verilir.

Damar tıxanmasına səbəb olan faktorlara görə bu arterlərin tıxanması nəticəsində insult təhlükəsi yaşana bilər. Bunun daha da irəli nəticəsi olaraq beyin damar tıxanması ölüm riski daşıyır.

Beyin damar tıxanması əlamətləri aşağıdakı kimidir:

  • Qəfildən ortaya çıxan gücsüzlük vəziyyəti
  • Üz, qol və ayaqlarda başda olmaqla bədənin müəyyən hissələrində uyuşma və ya hərəkət çatışmazlığı
  • Danışıq zamanı çətinlik çəkmək və ya qarşıdakını başa düşə bilməmək
  • Görmə problemi yaşamaq
  • Baş gicəllənməsi
  • Nəfəs almada problem yaşamaq
  • Ayaqda dururdquda və ya yeriyərkən tarazlıq itkisi və gözlənilməz şəkildə yaranan yıxılmalar
  • Şüurun itirilməsi
  • Qəfildən hiss edilən şiddətli baş ağrıları

Qol və ayaq damarlarında tıxanma əlamətləri

Aterom plaklarının qol və bacaqlara oksigen aparan damarlarda yaradacağı tıxanmalar tibbdə periferik arter damar tıxanması olaraq adlandırılır.

Ən çox görülən tıxanma növü olan qol və bacaq damar tıxanması əlamətləri qısaca belədir:

  • Qol və ayaqlarda hisssizlik və ağrı
  • Ayaqla uyuşma halı
  • Ayaq və bacaqlarda üşümə
  • Ayaq əzələsinin zəifləməsi ilə bacaqlarda yaranan güc itkisi
  • Ayaqlarda solğunlaşma və ya qızarma kimi rəng dəyişiklikləri
  • Ayaq dırnaqlarında yaşanan qalınlaşma
  • Ayaqların üst hissəsində və barmaqlarında olan tüklərin tökülməsi
  • Ayaq bölgəsində yaranan yaraların sağalma müddətinin uzanması
  • Ayaq barmaqlarında yaşanan ağrılar və qanqren halları

Böyrək damarlarında tıxanma əlamətləri

Dövran sisteminin ən vacib orqanlarından biri də böyrəklərdir. Böyrəklər bədənimizdəki qanı təmizləyən süzgəc vəzifəsi görür. Böyrəklərin düzgün işləməsi üçün həyati əhəmiyyət daşıyan oksigenli qanı daşıyan damarlara “Renal arter” adı verilir.

Böyrək damarlarında yaşanacaq tıxanma orqanın funksiyalarının azalmasına və hətta itirilməsinə səbəb ola bilər.

Erkən mərhələdə çox özünü hiss etdirməyən böyrək damar tıxanması əlamətləri belədir:

  • Daimi hiss edilən yorğunluq halı
  • Təzyiq yüksəkliyi
  • Mədə bulantısı və ya iştahsızlıq
  • Sidik çıxarma ilə bağlı yaşanan dəyişikliklər
  • Əllərdə və ayaqlarda yaranan şişliklər ilə qaşınma və uyuşma halları
  • Konsentrasiya çatışmazlıqları

Damarlarda tıxanma niyə yaranır?

Əlamətlərdən sonra maraq göstərilən digər mövzu da damar tıxanması səbəbləri… Lakin bunun üçün tək bir səbəb deyə bilmərik; bir çox səbəbdən yarana bilər. Bu nöqtədə çox önə çıxan amil həyat tərzidir. Nizamsız qidalanma, pis vərdişlər bu xəstəlikdə baş rol oynayır.

Damar tıxanmasının səbəbləri bunlardır:

  • Qanda LDL adlanan pis xolesterolun yüksək, HDL adlanan yaxşı xolesterolun isə aşağı səviyyədə olması
  • İltihab, yəni iltihab əlaməti kimi göstərilən C-Reaktiv Protein səviyyəsində yüksəlmə
  • Yüksək təzyiq
  • Diabet (şəkər) xəstəliyi
  • Siqaret istifadəsi
  • Nizamsız qidalanma və piylənmə
  • Fiziki fəaliyyət baxımından çatışmazlıq, hərəkətsizlik
  • Ailədə görülən damar xəstəlikləri
  • Yaşlılıq

Damar tıxanması müalicəsi

Damar tıxanması asanlıqla fərq edilməyib ağır gedişli xəstəlik olduğu üçün tədbirlərin çox əvvəldən alınması lazımdır. Xüsusən gənclik çağında sağlıqsız qidalanma və siqaret istifadəsi irəliləyən yaşlar üçün damar tıxanması yaşanmasına səbəb ola bilər.

Damar tıxanmasına yaxşı gələn yanaşmaların başında həyat tərzi dəyişiklikləri gəlir: Nizamlı idman və ya müxtəlif fiziki fəaliyyətlər, sağlam qidalanma və yüksək xolesterollu qidalardan uzaq durma ilk sırada yer alır.

Həmçinin siqaret və alkoldan uzaq durulması bu xəstəliyə tutulmanı əhəmiyyətli dərəcədə qarşısını alır. Bacaqlarda yaşanan tıxanmaların düzəlməsi üçün bacaq damar tıxanması məşqləri edilə bilər.

Damar tıxanması müalicəsi mövzusunda tibbi olaraq da bir çox üsul mövcuddur. Bunlardan birincisi dərman müalicəsidir.

Müxtəlif müayinələrdən sonra damarlarda plak əmələ gəlməsini və ya qan laxtalanmasını qarşısını almaq üçün müxtəlif dərmanlar verilə bilər.

Əlavə olaraq xolesterolu və qan təzyiqini aşağı salmaq üçün dərmanlardan kömək alına bilər.

Damar tıxanması əməliyyatla açıla bilər. Damar tıxanması irəli səviyyədədirsə angiyoplasti və bypass əməliyyatı edilir. Angiyoplastidə tıxanmış damarlar mexaniki olaraq şar vasitəsilə genişləndirilir və açılır.

Ölkəmizdə və dünyada tez-tez müraciət edilən üsul olan bypass əməliyyatı ilə isə damar tıxanması problemi həll edilir və xəstə həyatına normal şəkildə davam edir.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminiz ilə məsləhətləşin.

Previous Article

Revmatizm əlamətləri nələrdir?

Next Article

Körpə və uşaqlarda qusma niyə olur?

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *