Qusma körpələrdə və uşaqlarda çox tez-tez görülən bir haldır. Sadə bir hal ola biləcəyi kimi xəstəlik əlaməti də ola bilər.
Körpələr niyə qusur?
Xüsusilə həyatın ilk həftələrində körpələr qidalandıqdan qısa müddət sonra zorlanmadan ağız dolusu qusa bilərlər, bu hal adətən normal qəbul edilir.
Körpələr böyüdükcə, normal çəki artımına başladıqca bu hal azalır. Adətən səkkiz aylıq olduqları zaman qidalanmadan sonrakı qusmalar yox olur.
Metabolizm xəstəlikləri, körpənin ananın amnios mayesini çox udması, süd allergiyası kimi qastro-intestinal allergiyalar da yenidoğan dövründə görülən qusmaların səbəblərindendir.
Qidalanarkən hava udan, həddindən artıq sürətli və ya həddindən artıq yavaş əmən körpələr, qidalandırdıqdan sonra qazı çıxarılmayan körpələr də zorlanmadan qusa bilərlər. Qidalanma texnikasındakı səhvlər düzəldilsə körpələrdə görülən bu qusmalar sona çatar.
Neçə tip qusma vardır?
Zorlanmasız və zorlanmalı qusma olaraq iki tip qusma görülür. Zorlanmasız qusma adətən həyatın ilk həftələrində və yanlış qidalanma texnikası nəticəsində görülür.
Zorlanmalı qusma; mədə bulantıları və gəyirmələrlə başlayan fışqıran tərzində qusmadır. Kiçik körpələrdə narahatlıq, solğunluq, tərləmə qusmaya müşayiət edə bilər.
Yenidoğan körpədə ilk 24-36 saatda görülən şiddətli qusmalar
Yenidoğan körpədə ilk 24-36 saatda görülən şiddətli qusmalar həzm sistemi tıxanıqlığının göstəricisi ola bilər. Bunlar içində ən tez görülənlər:
- Özofagus atreziyası (yemək borusunun mədəyə bağlandığı ucun kor olması)
- Qastro-özofagiyal reflü
- Pilor stenozu
- Bağırsaq tıxanıqlığı
- Bağırsaq darlıqları
- Qarın orqanlarının döş içinə yırtıqlaşması
Qastroözofagiyal reflüks
Mədə borusunun mədəyə bağlandığı yerdə meydana gələn büzülmə çatışmazlığı nəticəsində mədə məzmununun yemək borusuna geri qaçma halıdır.
Adətən həyatın 3-10-cu günlər arasında başlayır. Qidalandırdıqdan sonra körpə 30 dəqiqə müddətində yarı oturur vəziyyətində tutula bilsə qusma böyük ölçüdə qarşısı alına bilər.
Körpə böyüdükcə geri çəkilir. Böyüməni gözləməyi tələb etməyən ciddi çəki itkisinə yol açırsa cərrahi müdaxilə tələb edə bilər.
Özofagus atreziyası
Yemək borusunun mədəyə bağlanan ucunun kor olması ciddi regürjitasiya səbəbidir. Bu halda körpə doğumdan sonrakı bir neçə qidalanmadan sonra qidalar yemək borusunda yığıla biləcəyi üçün qusmaya başlayır.
Bəzi hallarda bu qapalı olan yemək borusu bir boru ilə nəfəs borusuna bağlı ola bilər. Bu halda nəfəs çətinliyi və morarma da müşahidə edilə bilər.
Pilor Stenozu
Xüsusilə oğlan uşaqlarında həyatın üçüncü həftəsində başlayan şiddətli qusmalar bir növ mədə darlığı olaraq qəbul edilən pilor stenozunu ağla gətirir. Pilor stenozunda müalicə cərrahidir.
Bağırsaq darlıqları və tıxanıqları
Bağırsaq darlıqları və ya tıxanıqları körpənin doğduğu ilk günlərdə qarnının şişdiyi, nəcisini edə bilmədiyi və buna müşayiət edən şiddətli qusmasının mövcud olduğu hallarda ağla gəlir. Təcili həkimə müraciət edilməlidir.
Böyük uşaqlarda qusma səbəbləri
Daha böyük uşaqlarda ən tez zorlanmalı qusma səbəblərinin başında infeksiyonlar gəlir. Ən tez qusmaya səbəb olan infeksiyonlar:
- Qripvari infeksiya, boğaz infeksiyası, bronşit
- Mədə-bağırsaq infeksiyaları
- Qulaq infeksiyaları
- Sidik yolu infeksiyaları
- Meninjit və mərkəzi sinir sistemi infeksiyaları
Qusmanın müalicəsi necə aparılır?
Qusma bir infeksiya nəticəsində olduqda qusmanın kəsilməsi üçün infeksiyanın sağaldılması lazımdır. İnfeksiya nəticəsində yaranən qusmalarda vücudda artan keton cisimlərini tarazlaşdırmaq üçün uşağa şəkərli su içirilir. İtirilən mayenin yerinə qoyulması vacibdir. Həddindən artıq qusmalarda həkim yönləndirməsi ilə antiemetik istifadə edilə bilər.
Uşaqlarda qusmanın görüldüğü digər hallar
Zəhərlənmələr
Uşaqlıq çağı zəhərlənmələrində qusma görülə bilər. Birdən qusmaya başlayan, qusma üçün altında yatan infeksiya və ya başqa səbəb tapılmayan, 1-11 yaş arasındakı uşaqlarda zəhərlənmə düşünülməlidir.
Qida Zəhərlənmələri
Qida zəhərlənmələrində də qusma görülə bilər.
Təzyiq Yüksəkliyi
Təzyiq yüksəkliyi uşaqlıq çağında qusma səbəbi ola bilər.
Uşaqlıq Diabeti
Uşaqlıq diabetində də qusma görülə bilər. Ara-sıra olan qusmaya ağızda aseton qoxusu, tez-tez sidik çıxma, bol su içmə, ağız quruluğu müşayiət edirəsə uşaq diabetindən şübhələnmək lazımdır.
Psixoloji Səbəblər
Qusmanın psixoloji kökü də ola bilər. Bəzi uşaqlar həyəcanlandıqları zaman qusurlar. Məktəbə problemi olan uşaqların həftə içi səhərlər mədə bulantısı və qusma yaşadıqları bilinməkdədir. Yemə problemi olan iştahsız uşaqlar yemək üçün məcbur edildikləri halda qusmaya başlayırlar.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminiz ilə məsləhətləşin.