Xroniki xəstəlik olan və gənc xəstələrdə daha tez-tez görünən astma haqqında ən çox maraq doğuran 9 məlumatı elmi izahları ilə bu yazımızda oxuya bilərsiniz.
Gənc xəstələrdə daha tez-tez rast gəlinən və adətən ilk diaqnozun 40 yaşından aşağı qoyulduğu astma, şəxsi (genetik, piylənmə və kişi cinsi) və ətraf mühit faktorlarının (allergenlər, peşə faktorları, infeksiyalar, siqaret, hava çirkliliyi, pəhriz, stress kimi) təsiri ilə ortaya çıxan bir xəstəlikdir.
Ancaq digər tərəfdən cəmiyyətdə çaşqınlığın ən sıx olduğu xəstəliklərdən biridir eyni zamanda.
Siqareti tərgitmək astma xəstələrində çox vacibdir
Hamiləlikdə siqaret istifadəsi uşaqda astma riskini artıran bir faktordur. Astma xəstələrində passiv siqaret içmə belə, astmanın pisləşməsinə və xəstəxanaya yatışlara səbəb ola bilir.
Aktiv siqaret istifadəsi isə astmanın pisləşməsinə, xəstəxanaya yatışlara, XOAX inkişafına, tənəffüs funksiyalarında pozulmaya, dərmanların təsirinin azalmasına və hətta ölümlə nəticələnən vəziyyətlərin səbəbkarıdır.
Halbuki siqareti tərgitdikdə ağciyər funksiyaları yaxşılaşarkən hava yollarındakı iltihablanma da azalır. Passiv siqaret təsirinin aradan qaldırılması isə, astmanın nəzarət altına alınmasında və xəstəxanaya yatışları azaltmada təsirlidir.
Astma xroniki bir xəstəlikdir
Astma, hava yollarında xroniki iltihabla gedir. Özbaşına keçib tamamilə aradan qalxmır. Öskürək, nəfəs darlığı, sinədə sıxılma hissi və xırıltılı tənəffüs əsas əlamətləridir. Bunların şiddəti xüsusilə allergenlərlə qarşılaşma, fəsil dəyişiklikləri, hava çirkliliyi və ya viral iltihab ilə arta bilər.
Şikayətlər özbaşına və ya dərmanlarla yox ola bilər, hətta bəzən aylarca olmaya bilər.
Əlamətlər olmasa və tənəffüs testləri normal olsa belə hava yolundakı iltihab adətən davam edir və dərmanlarla nəzarət altına alına bilər.
Astma özbaşına sağalmır
Şikayətlər olmasa və tənəffüs testləri normal olsa belə, hava yolu iltihabı davam edir. Klinik olaraq astmanın yatırılması termini (remissiya), hələ yeni bir təyin olub; xəstələrin bir qismində, şikayətlərin tamamilə yox olması və dərman ehtiyacının ən az 1 il olmaması kimi ifadə edilmişdir.
Ancaq bu vəziyyət də astmanın tamamilə özbaşına sağalması mənasına gəlmir.
Astma xəstələrinin bütün allergenlərdən qorunması lazım deyil
Bir allergenə qarşı allergiya aşkar edildikdə, bunun astma şikayətlərini artırıb artırmadığı xəstənin tarixçəsinə görə müəyyən edilir. Əgər allergen, xəstənin şikayətlərində pisləşməyə yol açmırsa, bu allergendən qorunması lazım deyil.
Astma başqa xəstəliklərlə qarışa bilər
Bir çox xəstəlik bənzər şikayətlərə səbəb olur. Uşaqlıq dövründə xüsusilə yuxarı tənəffüs yolu öskürək sindromu, yad cisimlərin ağciyərə qaçması, anadangəlmə ürək xəstəlikləri kimi vəziyyətlərlə və yetkin yaşda bunlara əlavə olaraq, bronxların daimi genişlənməsi, səs tellərinin funksiya itkisi, XOAX, ürək çatışmazlığı, digər ağciyər xəstəlikləri kimi vəziyyətlərlə qarışa bilər.
Astma və XOAX-ın bir-birindən ayrılması bəzən çətin ola bilər. Ancaq ümumiyyətlə, astma daha gənc yaşda (<40), siqaret içməyən fərdlərdə görülə bildiyi halda; XOAX daha çox irəli yaşda, siqaret tarixçəsi olan xəstələrdə görülən bir xəstəlikdir.
Bir-birindən fərqləndirilməsində yenə tənəffüs testləri istifadə olunur, astmada dəyişkən hava yolu məhdudluğu olduğu halda, XOAX-da davamlı məhdudlaşma görülür.
Astma müalicəsində istifadə olunan dərmanlar asılılıq yaratmır
Astma xroniki bir xəstəlik olduğu üçün, uzun müddətli dərman müalicəsinə ehtiyac duyulur. Bu bir asılılıq deyil, əksinə xəstənin şikayətlərini nəzarət altına ala bilmək üçün edilən bir müalicə formasıdır.
Astma şikayətləri tamamilə nəzarət altına alındıqda, bəzi hallarda həkimin məsləhəti ilə, yalnız ehtiyac olduqda dərman istifadəsinə keçilə bilər. Bu vəziyyət də dərmanların asılılıq yaratmadığının göstəricisidir.
Astma dərmanlarını düzgün istifadə etmək vacibdir
Dərmanlar düzgün şəkildə istifadə edilmədikdə, alınan dərman kifayət qədər və ya heç bir şəkildə ağciyərə çatmır və xəstənin şikayətləri nəzarət altına alınmır. Xəstə şikayətlərinin keçmədiyini bildirərək, tez-tez həkimə müraciət edir və ya şikayətləri pisləşib təcili müraciətlə xəstəxanaya yatırılması tələb oluna bilər.
Həmçinin, dərmandan fayda görmədiyini düşünərək, xəstəyə başqa bir dərman müalicəsi əlavə edilə bilər, xəstə lazımsız yerə dərman istifadə etmiş olur.
Bu səbəbdən xəstənin həkimə hər gəlişində, dərmanını düzgün istifadə edib etmədiyini sorğulanmalı, lazım olduqda dərmanını müayinə zamanı istifadə etdirərək, səhvləri təsbit edilib xəstəyə doğrusu izah edilməlidir.
Hər astma xəstəsində allergiya inkişaf etmir
Astmanın bir çox növü mövcuddur. Allergik astma növü, adətən uşaqlıq dövründə diaqnoz qoyulan, şəxsin özündə və ya ailəsində allergik xəstəlik tarixçəsi olan (ekzema, allergik burun axıntısı, qida və ya dərman allergiyası) xəstələrdə görülür.
Bundan başqa allergik olmayan astma, yetkin dövrdə diaqnoz qoyulan astma və piylənmə ilə əlaqəli astma kimi vəziyyətlər allergik olmaya bilər.
Hər astma xəstəsinin allergiya testi etdirməsi lazım deyil
Astma diaqnozunda allergiya testlərinin yeri yoxdur. Bunun səbəbi, allergiya aşkar edilən təsiredici amilin xəstədə şikayətlərə səbəb ola biləcəyinin dəqiq olmamasıdır.
Allergiya testi, müalicə ilə nəzarət altına alınmayan xəstələrdə fərqli xəstəliklərin araşdırılmasında və başqa müalicələrə keçilib keçilməyəcəyinə qərar verilməsində lazımdır.
Astmanın nəzarət altına alındığını göstərən 4 vacib inkişaf
- Gündüz şikayətlərinin həftədə ən çox 2-yə düşməsi.
- Xəstənin gecə yuxudan heç oyanmaması.
- Xilas edici dərmanın həftədə 2-dən çox istifadə edilməməsi.
- Astma səbəbilə aktivitələrdə məhdudlaşma yaşanmaması.
Əgər astma nəzarət altındadırsa xəstələrin idman etmələrində bir problem yoxdur. Ancaq həddindən artıq soyuq və hava çirkliliyinin yoğun olduğu mühitlərdə idman etməkdən çəkinmək lazımdır.
Astma xəstələrində görülən 4 şikayət
- Öskürək
- Nəfəs darlığı
- Xırıltılı tənəffüs
- Sinədə sıxılma hissi
Sadəcə öskürəyim var, astmayam?
Tək başına öskürək, ilk növbədə astmadan başqa bir xəstəlik ola biləcəyini ağıla gətirməlidir (burun arxası axıntısı, xroniki sinuzit, bəzi təzyiq dərmanlarının istifadəsi, reflü kimi).
Ancaq sadəcə öskürək şikayəti ilə gedən astma da var. Bunun diaqnozu üçün mütləq tənəffüs testləri edilməlidir. Əks halda, yuxarıda qeyd edilən xəstəliklər nəzərdən qaçırıla bilər və xəstələr lazımsız müalicə ala bilər.
Allergik riniti olan xəstələrin %10-40-ında astma görülür. Allergik rinit, allergenlə qarşılaşma ilə burun selikli qişasının iltihabı nəticəsində burun və burun arxası axıntı, burun tıxanıqlığı və qaşınma şikayətləri ilə xarakterizə olan bir xəstəlikdir.
Tez-tez qrip ilə qarışdırılaraq xəstələrə qrip müalicəsi verilə bilir. Polen allergiyası olanlarda mövsümi keçid göstərərkən, ev tozu allergiyası olanlarda daimi var. Ev heyvanlarına qarşı allergiyası olanlarda isə fasilələrlə ortaya çıxa bilər.
Astmada hansı müalicələr var?
- Nəfəs ilə çəkilən inhalyator dərmanlar
- Bronx genişləndirici dərmanlar və inhalyator steroidlər
- Ağız yolu ilə alınan dərman müalicələri
- İnhalyator müalicələrlə nəzarət altına alınmayan astmalı xəstələrdə, iynə şəklində dərialtı verilən yeni bioloji müalicələr
- Allergik astmada dərialtı ya da dilaltı istifadə edilə bilən immunoterapiya müalicələri
- Bronxial termoplastika (İrəli astmalı və nəzarət altına alınmayan xəstələrdə, bronkoskopiya cihazı ilə radiofrekans istifadə edərək, bronxlara istilik verərək edilən müalicə seçimi)
Bu məlumat yalnız maarifləndirmə məqsədi daşıyır və tibbi məsləhət əvəzi deyildir. Hər hansı sağlamlıq problemləri üçün həmişə həkim mütəxəssis ilə məsləhətləşin.