Allergiyalar immun sisteminin problemləridir. Əksər allergik reaksiyalar immun sistem “yanlış həyəcan siqnalına” reaksiya verəndə baş verir.
Normal olaraq, insan bədəni virus və ya bakteriyalar kimi zərərli şeylərə qarşı özünü müdafiə edir.
Lakin bəzən müdafiə sistemi toz, kif və ya tozcuq kimi əsasən zərərsiz şeylərə hücum edir.
Normal halda allergenler zərərsizdir. Lakin insan allergiyaya malik olanda, bədən bu allergenləri zərərli hesab edir. Bədən daha sonra bu allergenlərə immunoqlobulin E (IgE) adlanan anticisimlərlə hücum edir.
Uşaqlarda allergiya əlamətləri nələrdir?
Uşaqlarda allergiya əlamətləri dəri, gözlər, mədə qişası, burun, sinuslar, boğaz və ağciyərlər daxil olmaqla bədənin istənilən yerində baş verə bilər.
Bunlar nəfəs alınan, udulan və ya dəri ilə təmasda olan mikroblarla mübarizə aparmaq üçün immun sistem hüceyrələrinin yerləşdiyi yerlərdir.
Allergik reaksiyalar aşağıdakılara səbəb ola bilər:
- Burun tutulması, asqırma, qaşınma və ya burun axması,
- Qulaqların və ya damağın qaşınması
- Qızarmış, qaşınan, sulu gözlər
- Qızarmış, qaşınan, quru dəri
- Səpki və ya qaşınan şişkinliklər
- Qaşınan səpgi Təngnəfəslik, öskürək və ya xırıltı kimi astma əlamətləri
Uşaqda allergiyaya nə səbəb olur?
Bir çox şey allergik reaksiyalara səbəb ola bilər. Lakin ən çox rast gəlinən triqqerlər və ya allergenlər bunlardır:
- Ağac, ot və alaq bitkilərinin tozcuqları
- Təbii rezin lateks
- Kiflər Toz gənələri
- Heyvan kəpəyi, sidiyi və dərisindən ifraz olunan yağ
- Qidalar
- Dərmanlar
- Arı sancmaları
Hansı uşaqlar allergiya riski altındadır?
Allergiyalar hər kəsə təsir edə bilər. Yaş, cins, irq və ya sosial-iqtisadi vəziyyətdən asılı olmayaraq baş verə bilər. Ümumiyyətlə, allergiyalar uşaqlarda daha çox rast gəlinir.
Lakin onlar istənilən yaşda meydana çıxa bilər. Allergiya əlamətləri uzun illər remissiyada olduqdan sonra yenidən qayıda bilər.
Allergiyalar adətən ailələrdə rast gəlinir, lakin bunun dəqiq səbəbi hələ tam başa düşülməyib. Allergiya əlamətləri çox vaxt zaman keçdikcə yavaş-yavaş inkişaf edir.
Ekzema və ya astması olan uşaqlarda, olmayan uşaqlara nisbətən allergiya olma ehtimalı daha yüksəkdir.
Uşaqda allergiyalar necə diaqnoz edilir?
Dəri testi
Bu, ən çox yayılmış allergiya testidir. Dəri testləri müəyyən allergenlərə (qida, tozcuq və ya heyvan kəpəyi kimi) qarşı IgE anticisimlərinin olub-olmadığını ölçür.
Dəri üzərinə durulaşdırılmış allergendən kiçik bir miqdar qoyulur. Əgər şəxs həmin allergenə qarşı allergiyadırsa, təxminən 15 dəqiqədən sonra kiçik, qabarıq şişkinlik (ağcaqanad dişləməsi kimi) əmələ gəlir.
Bir çox allergenə qarşı test eyni vaxtda aparıla bilər. Allerqoloq həmçinin dəridaxili test də edə bilər. Bu testdə kiçik miqdarda allergen dərinin altına inyeksiya edilir.
Bu tip dəri testi deşmə və ya cızma testindən daha həssasdır. Dəri testinin nəticələri test bitdikdən dərhal sonra əldə edilir.
Qan testi
Allergiya üçün qan testləri qanda müəyyən allergenlərə qarşı IgE anticisimlərini ölçür. Ən çox istifadə edilən test RAST (radioallerqosorbent test) adlanır.
Qan testləri dəri testləri aparıla bilməyən hallarda, məsələn müəyyən dəri xəstəlikləri olan və ya çox yaxın zamanda ciddi allergik reaksiya keçirmiş insanlarda istifadə edilə bilər.
Müsbət qan testi hər zaman müəyyən allergiyanın olduğu anlamına gəlmir. Bu testlərin nəticələrini almaq daha çox vaxt aparır. Digər allergiya testlərindən daha baha başa gələ bilər.
Uşaqlarda allergiya müalicəsi
Müalicə uşağınızın nəyə allergiyası olmasından, eləcə də uşağınızın simptomları, yaşı və ümumi sağlamlıq vəziyyətindən asılı olacaq. Bu həmçinin vəziyyətin nə dərəcədə ciddi olmasından da asılı olacaq.
Allergiyanın simptomları bəzən digər xəstəlik və ya sağlamlıq problemlərinin əlamətlərinə bənzəyir. Diaqnoz üçün mütləq şəkildə həkim mütəxəssisə müraciət etməniz tövsiyyə olunur.
Allergiyanı müalicə etməyin ən effektiv 3 yolu qaçınma, allergiya immunoterapiyası və dərmanlardır. Qaçınma sizə allergik reaksiya verən bir şeydən uzaq durmaq deməkdir.
Allergenlərdən uzaq durmaq üçün təkliflər bunlardır:
- Tozcuq göstəricisi yüksək olduqda və küləkli günlərdə qapalı məkanda qalın.
- Evdə, xüsusilə uşağınızın yataq otağında tozu nəzarətdə saxlayın. Yataq dəstlərini həftəlik isti suda yuyun.
- Döşək və yastıqlarda allergenə qarşı davamlı üzlüklərdən istifadə edin. Mümkün olduqda pəncərələri açmaq əvəzinə kondisionerdən istifadə edin.
- Evin rütubətli yerlərində rütubət götürücüdən (dehidratordan) istifadə edin. Amma onu tez-tez təmizləməyi unutmayın.
- Tozcuq göstəricisi yüksək olduqda bayırda oynadıqdan sonra uşağınıza vanna və ya duş qəbul etdirin, saçlarını yudurdun və paltarlarını dəyişdirin.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.