Hamiləliyin 2. Trimestr dövrü – 14-27. həftə arasında da gələcək ana ilə körpəsində də bir çox dəyişiklik yaşanır.
Bu dəyişikliklərin nələr olduğu ilə bağlı məlumatları və 2. trimestr dövrü haqqında bütün maraqlandıqlarınızı bu yazımızda tapa bilərsiniz.
2. Trimestr nə zaman başlayır və nə zaman bitir?
Hamiləlikdə həftələr üç trimestr şəklində qruplaşdırılır. 2. trimestr dövrü, hamiləlikdə ilk 3 ayın bitməsindən sonra ikinci üç ayı əhatə edir.
14-17 həftələr arası hamiləliyin 4-cü ayını, 18-22 həftələr arası 5-ci ayını, 23-27 həftələr arası hamiləliyin 6-cı ayını təşkil edir.
Buna görə ikinci üç aylıq dövr, hamiləliyin 13-cü həftəsi ilə 27-ci həftəsi arasındakı dövrdür. Yəni buna görə 2. trimestr dövrü hamiləliyin 13-cü həftəsində başlayır, 27-ci həftəsi sonunda bitir.
2. Trimestr dövründə ddilməsi lazım olan testlər
Hamiləliyin 2. trimestr dövründə, hər 2-4 həftədə bir həkim nəzarətinin olması lazımdır. Həkim nəzarətlərinin yanı sıra bu dövrdə gələcək ana və körpənin sağlamlığının təyini üçün bəzi hamiləlik testlərinin də tətbiq edilməsi lazımdır.
Bu testlərin başında bunlar gəlir:
Üçlü və Dördlü Tarama Testi:
15-19-cu həftələr arasında aparılan 3-lü və ya 4-lü tarama testi Daun sindromu, Edvard sindromu, Patau (trizomi 13) və neyral boru qüsuru üçün risk artımı olub olmadığı haqqında məlumat verir.
Əgər bu testlərin nəticəsində hər hansı bir problem təsbit edilərsə hamiləlik həftəsinə görə amniosentez, xorion villus biopsiyası, doppler qan ölçümü, fetal exokardioqrafiya, qlükoz testləri, tam sidik analizi, tam qan sayımı və ya kordosentez aparıla bilər.
Ətraflı (Təfərrüatlı) Ultrasəs:
İlk trimestr ətraflı ultrasəs müayinəsindən sonra hamiləliyin 18-22-ci həftələri arasında təfərrüatlı ikinci bir ultrasəs müayinəsi daha aparılır.
Ətraflı ultrasəs hesabatı hamiləliyin, plasentanın mövcud vəziyyəti və körpənin ətraflı anatomik müayinəsini əhatə edir.
Şəkər Yükləməsi:
24-28-ci həftələr arasında həyata keçirilən şəkər yükləməsi və toxluq qan şəkəri izləməsi sayəsində diabet taraması aparılır. Qan şəkəri səviyyəsi ölçümlərinin nəticələrinə görə hamiləlik diabeti diaqnozu qoyulur.
Hamiləliyiniz boyunca lazımi testləri etdirməyi unutmayın və bu testlər haqqında ətraflı məlumat üçün həkiminizlə mütləq məsləhətləşin.
2. Trimestr hamiləlik: Nə gözləməli?
Bir çox gələcək ana üçün ikinci üç aylıq dövr, ilk üç aylıq dövrdən çox daha rahat keçir. Azalan şikayətlər və gələcək anada yaranan rahatlıq səbəbindən ikinci trimestr bəzi həkimlər tərəfindən ‘qızıl dövr’ olaraq ifadə edilir.
Hamiləliyin ilk 3 ayını əhatə edən 1. trimestr dövrü, hamiləlik əlamətlərinin görüldüyü və bəzi gələcək anaların bu əlamətləri intensiv şəkildə yaşadığı bir dövrdür.
Siz də yeni bir gələcək ana olaraq 1. trimestr dövrünü, hamiləlik əlaməti şikayətləri ilə keçirmiş ola bilərsiniz.
Sizə yaxşı xəbər; addım atdığınız 2. trimestr dövründə bu şikayətlərinizdə azalmalar və hətta bəzilərində yox olmalar yaşaya bilərsiniz.
İkinci üç ayda artıq ürəkbulanmalarınız azala bilər hətta bitə bilər, yuxularınız düzəlib enerji səviyyəniz yerinə gələ bilər.
Ancaq birinci 3 aylıq dövrdəki qədər olmasa da hamiləliyin bu 3 aylıq dövründə də bəzi hamiləlik şikayətləri yaşaya bilərsiniz. İkinci üç aylıq dövrdə bətnimiz daha da genişlənəcək.
Körpənizlə birlikdə bətniniz böyüyərkən, bədəninizin içində o hissədə olan digər orqanlar normal yerlərindən bir az uzaqlaşacaq. Bu səbəbdən bu orqanları tutan əzələ və liflərində gərilmə olacaq.
Bütün bu böyümə və gərilmə də sizdə ağrı və sıxılma kimi bəzi narahatlıqlar yarada bilər.
İkinci trimestrin bitdiyi 27-ci həftənin sonunda qarnınızdakı körpəniz, birinci trimestrin sonuna görə təxminən 4 dəfə daha böyük olacaq. İkinci üç aylıq dövrdə körpənizlə birlikdə artıq qarnınız da xeyli böyüyəcək.
Bu səbəbdən ikinci trimestrə girərkən, bədəninizdəki bu dəyişikliyə uyğun geyinmək üçün qarderobunuzu dəyişdirməyə hazır olun. Sağlamlığınız və rahatlığınız üçün hamilə geyimləri almağa artıq başlaya bilərsiniz.
Əlavə olaraq bu ikinci trimestr dövründə ailənizə yeni qatılacaq körpəniz üçün evdə planlar hazırlamağa da başlaya bilərsiniz. İkinci trimestrdə də körpənizdə də mühüm dəyişikliklər olacaq. 16-20-ci həftələr arasında artıq körpənizin ilk hərəkətlərini hiss etməyi gözləyə bilərsiniz.
Həmçinin ikinci trimestrdə gözləyəcəyiniz bir də həyəcanlı xəbəriniz var; o da körpənizin cinsiyyəti.
Hamiləlikdə İkinci trimestrdə həkiminizin edəcəyi ultrasəs müayinələri ilə körpənizin qız ya oğlan olduğunu artıq öyrənə bilərsiniz.
2. Trimestr dövründə ortaya çıxan dəyişikliklər
Bir çox gələcək ana ikinci trimestr dövrünü ilk dövrə görə daha rahat keçirsə də, bu dövr bəzi yeni fiziki şikayətləri özü ilə gətirə bilər. Bu dövrdəki potensial problemləri müəyyənləşdirmək və nə zaman həkiminizə müraciət edəcəyinizi bilmək ilk dövrdə olduğu kimi yenə çox vacibdir.
Bədəninizdə 2. trimestr dövründə ortaya çıxacaq dəyişikliklərdən bəziləri bunlardır:
- Bətnin genişlənməsi
- Qarın bölgəsinin böyüməsi
- Bədən ağrıları
- Topuqlar və ya əllərin şişməsi
- Aşağı qan təzyiqinə bağlı baş gicəllənməsi
- Dərinin tündləşməsi və ya daha tünd dəri ləkələri kimi dəri dəyişiklikləri
- Körpənin hərəkət etdiyini hiss etmək
- Ürəkbulanmalarının azalması ilə birlikdə iştah artımı
- Mədə, döş, bud və çanaqda çatlar
2-ci trimestr dövründə ortaya çıxacaq digər dəyişikliklərdən bəziləri də bunlardır:
Ayaq Krampları: 3-cü aydan sonra tez-tez görülən ayaq krampları, adətən gecələr baş verir və bəzən yuxudan oyadacaq qədər şiddətlidir. Ayaq kramplarına kalsium, maqnezium qəbulundakı çatışmazlıq, yorğunluq və ya sinirlər üzərinə uterusun etdiyi təzyiq səbəb ola bilər.
Bel Ağrısı: Bu dövrdə bətndəki ağırlıq artar və ağırlıq mərkəzinin yeri dəyişir. Bu da özü ilə bel ağrılarına səbəb olur.
Mədə Yanmaları: Hamiləlikdə böyüyən bətnin yuxarı doğru mədəni sıxışdırması, hormonlar səbəbindən həzm sisteminin yavaşlaması mədə yanmalarının, həzmsizlik və şişkinliyin ən mühüm səbəbləridir.
Qəbizlik: Həzm sisteminin ümumi olaraq yavaşlaması və böyüyən bətnin alt bağırsaqlara etdiyi təzyiqlə yaranan qəbizliyi önləmək üçün qidalanmanızı tənzimləyə bilər, bol su içib məşq edə bilərsiniz.
Çəki Artımı: Körpənin ana bətnində böyüməsi ilə birlikdə xüsusilə 24-25-ci həftədən etibarən daha çox çəki almağa başlayacaqsınız. İlk üç aydan sonra həftədə 400-500 qram almanız normaldır.
2. Trimestr dövründə körpənin boyu və çəkisi
- Hamiləliyinizin 13-cü həftəsində körpəniz orta hesabla 25 qram ağırlığında və 8 sm boyunda idi.
- 13-cü həftədə təxminən bir limon böyüklüyündəki körpənizin boyu 18-ci həftədə 14 sm civarında olur və sürətlə böyüməyə davam edir.
- 23-cü həftədə təxminən 28 sm boyunda və 500 qram ağırlığında bir böyüklüyə gəlir.
- İkinci 3 aylıq dövrü bitirəcəyiniz 27-ci həftənin sonunda da körpəniz təxminən 37 sm boyuna və 900 qram ağırlığına çatır.
2. Trimestr dövründə körpənin inkişafı
Körpə ana bətnində artan çəki və boy uzunluğu ilə ikinci trimestrdə də böyüməsini və inkişafını davam etdirir.
2. trimestr dövründə körpənin inkişafında bunlar baş verir:
- Körpənin orqanları hamiləlikdəki ikinci trimestrdə tamamilə inkişaf edir.
- Eşitməyə və udmağa başlayır.
- 16-cı həftədən etibarən işığa həssas vəziyyətə gəlir.
- Dad qavrayışı artıq o qədər həssasdır ki, amniotik mayeyə əks olunan dadları belə ayırır.
- Kiçik tükləri fərq ediləcək hala gəlir.
- Hərəkətləri artıq gələcək ana tərəfindən də hiss ediləcək qədər güclənir, artır.
- Üzünün xarakteristik xüsusiyyətləri tamamilə oturur.
- Ciyərləri inkişaf edir, bayırda da nəfəs almağa hazırlanır.
- Onurğası getdikcə güclənir.
- Beyni inkişaf etməyə və böyüməyə davam edir.
- Bədəni yağ tutmağa başlayır və yağ toxuması əmələ gəlir.
- Dərialtı yağ toxumaları yetişir və dərisinin qalınlaşması davam edir.
2. Trimestr dövründə qidalanma
Sağlam bir hamiləlik prosesi üçün gələcək ananın sağlam və balanslaşdırılmış qidalanması olduqca vacibdir. Hamiləlikdə gələcək ananın gündəlik kalori ehtiyacına 350 kkal/gün əlavə olur.
Bu səbəbdən gələcək anaların gündə 80 qram protein, 1,5 qram kalsium, 30-60 qram dəmir, A, B1, B2 və C vitamini qəbuluna diqqət etmələri lazımdır. Hamiləlikdə vacib olan çox qida almaq deyil, balanslaşdırılmış qida almaqdır. Üç öğün arasında əlavə öğünlər alınaraq enerji ehtiyacının müntəzəm qarşılanması təmin edilə bilər.
2. trimestrdə körpənizin qarnınızdakı sürətli inkişafını dəstəkləmək üçün necə və nə qədər qidalandığınıza diqqət etməlisiniz.
Qidalanmanızın, körpənizin böyüməsini təşviq edici və qidalandırıcı olması üçün yetərli, balanslaşdırılmış və sağlam qidalar pəhrizinizdə yer almalıdır.
Bunun üçün də 2. trimestr dövründə qidalanmanızı bu şəkildə tənzimləyə bilərsiniz:
Hamiləlikdə qidalanma öğünlərinizi 4 təməl qida qrupunu əhatə edəcək şəkildə tərtib edə bilərsiniz. Balanslaşdırılmış və sağlam qidalanmaq üçün süd və məhsulları, ət-yumurta-quru paxlalılar, tərəvəz və meyvə ilə çörək və taxıllara hər öğündə yer verməlisiniz.
Sağlam qidalanmaq qədər yetərli miqdarlarda qidalanmaq da hamiləliyiniz boyunca vacibdir. Gün ərzində 3 əsas öğün şəklində yemək yeməli və bu prosesi qan şəkərinizi tarazlamaq üçün 3 ara öğünlə dəstəkləməlisiniz.
Hamiləlik öğünlərinizi hər zaman tək nəfərlik düşünün. Uyğun porsiya ölçüsünü aşmamalı, ikinci porsiyalardan çəkinməlisiniz.
Yüksək kalorili qəlyanaltılar ilə şəkər və yağ nisbəti yüksək qidalar istehlak etməməlisiniz. Unlu və şəkərli qidalar yerinə təzə tərəvəz və meyvələr üstünlük verə bilərsiniz.
Yağlı yeməkləri öğününüzdə azaltmalı, yemək hazırlayarkən az yağlı bişirmə üsullarından istifadə etməlisiniz. Körpənizin inkişafı və bədəninizin yetərli qan istehsalı üçün daha çox dəmir zəngin pəhriz etməyiniz lazım gəlir.
Bunun üçün də qidalanmanıza fındıq, yumurta, quru meyvələr və tam buğda məhsulları kimi yeməklər əlavə edə bilərsiniz.
Təzə meyvələri, bol miqdarda vitamin və mineral ilə yüksək lif ehtiva etdiyi üçün hamiləlik boyunca istehlak etməlisiniz.
Fərqli rənglərdə təzə mövsüm meyvələri, hamiləliyin ikinci üç aylıq mərhələsində pəhrizinizin ayrılmaz bir hissəsi olmalıdır.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.