Ovulyasiya (yumurtlama) Dövrü: Nədir, Əlamətləri, Hesablama Üsulu

Ovulyasiya dövrü qadınlarda müəyyən yetkinlik səviyyəsinə çatan yumurtaların yumurtalıqdan buraxılması dövrüdür.
ovulyasiya hesablama

Ovulyasiya dövrü qadınlarda müəyyən yetkinlik səviyyəsinə çatan yumurtaların yumurtalıqdan buraxılması dövrüdür.

Ovulyasiya dövrü adet dövründün mühüm hissəsidir və qadınların hamilə qalmasında mühüm rol oynayır.

Ovulyasiya dövrünün gəldiyini göstərən bəzi əlamətlər vardır. Qadınlar hamilə qalmaq istədiklərində bu əlamətləri izləyərək müəyyən hesablama üsulu ilə hamilə qalmaq üçün ən uyğun vaxtı seçə bilərlər.

Ovulyasiya dövrü nədir?

Ovulyasiya dövrü yumurtalıqların (yumursalıqların) bir yumurta buraxdığı adet dövründün mərhələlərindən biridir. Adet dövrü menstruasiya, folikulyar faza, ovulyasiya və luteal faza olmaqla bir-birini izləyən 4 mərhələdən ibarətdir.

Ümumiyyətlə 28 gündə bir baş verən adet dövründə ovulyasiya dövrü növbəti adət dövründün ilk günündən 14 gün əvvəl həyata keçir.

Yumurta buraxıldıqdan sonra ilk olaraq fallop borusundan aşağı doğru hərəkət edir və burada 12-14 saat ərzində sperm tərəfindən döllənmək üçün gözləyir. Bu dövrdə fallop borusuna canlı və uyğun sperm gəlirsə yumurtanı döllələyə bilər.

Döllənmiş yumurta uşaqlıq daxilinə doğru irəliləməyə başlayır və təxminən bir həftə sonra uşaqlığın daxili səthində yapışır. Beləcə hamiləlik baş verir; lakin yumurtanın fallop borusunda gözlədiyi müddət ərzində heç bir sperm gəlməzsə yumurta parçalanır və regl dövründə uterus astarı qanla birlikdə atılır.

Ümumiyyətlə regl başladığı zaman ovulyasiya dövrü sıfırlanır. Regl dövrü yeni yumurtanın yetişdiyi və ovulyasiya dövründə buraxıldığı folikulyar fazanın başlanğıcıdır.

Folikulyar faza zamanı bədən yumurtalıqlardakı yumurtanın yetişməsi və buraxılmağa hazır hala gəlməsi üçün folikul stimullaşdırıcı hormon (FSH) ifraz edir. Yumurta yetişdikdən sonra yumurtanın buraxılmasını tetikləmək üçün luteinizan hormon (LH) ifraz edilir.

Qadınlarda ovulyasiya dövrü nə vaxt başlayır?

Ovulyasiya yetkinlik dövründən sonra qadınların bədənində baş verən dəyişikliklərdən biridir. Ovulyasiya dövrü adət dövründə qadının ən məhsuldar olduğu dövrdir və bu dövrdə hamilə qalma ehtimalı daha yüksəkdir.

Ovulyasiya adətən adet dövründün başlamasından 14 gün sonra, LH artımından 28-36 saat sonra baş verir. Bu prosesin başlaması üçün hipotalamusdan qonadotropin hormonunun (GnRH) ifraz edilməsi lazımdır.

Qonadotropin hormonu hipofiz vəzindən folikul stimullaşdırıcı hormon (FSH) və luteinizan hormonun (LH) ifraz edilməsini təmin edir.

Adet dövründün 6-cı və 14-cü günləri arasında FSH hormonu yumurtalıqdakı folikulların yetişməyə başlamasına səbəb olur. Adet dövründün 10-14-cü günləri arasında yetişən folikulların yalnız bir tanesi tamamilə yetkin yumurtaya çevrilir.

Adet dövründün 14-cü günündə isə LH hormonundakı artım ovulyasiya adı verilən yetişən yumurtanın yumurtalıqdan buraxılmasına səbəb olur.

Ovulyasiya dövründən sonra luteal faza başlayır. Bu dövrdə uşaqlığı hamiləliyə hazırlamaq üçün progesteron adlı hormon ifraz edilir.

Əgər bu mərhələdə hamiləlik baş verirsə ifraz edilən hormonlar uterusdakı astarın atılmasının qarşısını alır. Hamiləlik baş verməzsə 28-ci gün astar atılır və dövr sıfırlanır.

Lakin bu dövün zamanı və müddəti şəxsdən şəxsə dəyişiklik göstərə bilər və müxtəlif amillər bu dövün gedişini dəyişdirə bilər.

Ovulyasiya dövrü əlamətləri

Yaxınlaşan oxulyasiya dövrü müxtəlif əlamətlərlə özünü bəlli edir. Ovulyasiya adətən adət dövründün ilk günündən etibarən sayılan 28 günlük prosesin 14-cü günü baş verir. Lakin normal dövr müddəti 21-35 arasında dəyişiklik göstərə bilər.

Yumurtalama dövründə vaginal axıntı miqdarı arta bilər. Bu dövrdəki vaginal axıntı adətən şəffaf və elastik formaya malikdir və bəzən yumurta ağına bənzəyə bilər.

Ovulyasiya dövründən sonra axıntı daha qatı və bulanıq rəngli ola bilər. Həmçinin axıntı miqdarında azalma görülə bilər. Əlavə olaraq bədənin bazal istiliyində artım baş verə bilər. Bazal istisi bədənin dincəlmə halındakı istisi kimi təyin edilə bilər.

Ümumiyyətlə ovulyasiya dövründə inkişaf edən simptomlar belə sıralana bilər:

  • Qanaxma və ya ləkələnmə
  • Döşlərdə hiss edilən həssaslıq
  • Cinsi istəkdə artım
  • Qarında şişkinlik
  • Qasıq bölgələrində baş verən ağrı

Bu əlamətlər ümumiyyətlə baş versə də hər qadında görülməyə bilər. Buna görə də bu əlamətlər ovulyasiya dövrünü anlamaq üçün istifadə edilən əsas üsullardan deyil.

Yumurtalama zamanı ağrı hiss edilməsi geniş yayılmış haldır. Ovulyasiya dövründəki qadınlar dövün ortasına doğru müəyyən miqdar ağrı yaşaya bilərlər. Bu ağrının miqdarı şəxsdən şəxsə dəyişiklik göstərə bilər. Ağrı adətən hər ay baş verə bilər.

Adet dövrü vaxtı gəldikdə o ay hansı yumurtalığın yumurta buraxdığına görə sağ və ya sol yumurtalıq bölgələrində ağrı ola bilər. Ağrı sancılı və ya kramp şəklində ola bilər.

Ağrı çox şiddətli olduqda ağrı ilə başa çıxmağı asanlaşdırmaq üçün səhiyyə müəssisəsindən kömək alına bilər. Nadir hallarda ağrı əsasda yatan başqa bir xəstəliyin xəbərçisi ola bilər.

Əsasda yatan xəstəliklər bunlar ola bilər:

  • Endometriozis
  • Qarın bölgəsində əmələ gələn yara toxuması
  • Cinsi yolla keçən xəstəliklər

Adet dövründə düzənsizlik varsa bu hal hər ay yumurtalama olmadığını göstərə bilər. Bu kimi hallarda müntəzəm adet dövrü və yumurtalama prosesi üçün həkiminizə müraciət edə bilərsiniz.

Ovulyasiya hesablama

Ovulyasiya dövrünü müəyyən etmək bəzən çətin ola bilər. Qadınların adət dövrlərini izləmək və yumurtalama prosesini hesablamaq üçün istifadə etdikləri bir neçə üsul vardır.

Bu üsulların hamısını müntəzəm şəkildə istifadə etmək ən doğru nəticəni almağa kömək edə bilər.

ovulyasiya hesablama

Bu üsullar belə sıralana bilər:

Adet dövrü: Adet dövrü 28 gündə bir baş verirsə yumurtalama dövrü bunun ortası olan 14-cü gündə baş verir. Lakin normal dövr müddətləri 21-35 arasında dəyişiklik göstərə bilər. Bu kimi hallarda şəxs yenə də bu dövün ortasında yumurtalar.

Hər qadının özünə məxsus ovulyasiya prosesi vardır. Buna görə də hesablama üsulu şəxsə məxsus olmalıdır. Adet dövrünü bir neçə ay ərzində kağıza, təqvimə və ya telefon tətbiqlərinə qeyd etmək ovulyasiya dövrünü hesablamaq üçün kömək edə bilər. Eyni zamanda mümkün anormal vəziyyəti müəyyən etmək üçün faydalı ola bilər.

Təqvim üsulu: Ovulyasiya dövrünü hesablamaq üçün təqvim üsulu istifadə edilə bilər. Qadınlar nə vaxt məhsuldar olduqlarını müəyyən etmək üçün altı ay ərzində adet dövrlərini hesablaya bilərlər.

Bu prosesdə ən uzun və ən qısa adet dövrünü müəyyən edir və ən uzun müddətdən 18 gün, ən qısa müddətdən isə 11 gün çıxarır. Bu iki rəqəm adet dövründə ən məhsuldar olduğunuz günləri verir.

Servikal mukus: Bu mukus vagina tərəfindən istehsal edilən mayedir. Servikal mukus ovulyasiya dövrü başlamazdan əvvəl qatı, quru və bulanıqdır. Lakin yumurtalamadan dərhal əvvəl bu maye şəffaf və axıcı hala gəlir. Bu axıcı mukus sayəsində sperm daha asan şəkildə yumurtaya çata bilər.

Bazal bədən istiliyi: Ovulyasiya dövründə bədən istiliyi yavaş-yavaş yüksələ bilər. Adətən bu dəyərlər 0,5-1 dərəcə arasında dəyişə bilər. Qadınlar yumurtalama dövrünü hesablamaq üçün səhərlər oyananda bazal bədən istiliklərini ölçür və nəticələri bir neçə gün ərzində qeyd edərək ən məhsuldar olduqları dövrü müəyyən edə bilərlər.

Ovulyasiya dəstləri: Bu dəstlər həqiqətən hamiləlik testlərinə bənzər şəkildə işləyir. Yumurtalamadan əvvəl LH hormon səviyyəsi yüksəlir. Üzərində göstərici olan bu dəst sidikdəki LH miqdarını ölçür. Bu sayədə yumurtalama dövrü hesablana bilər.

Hamilə qalmaq istəyən qadınlar üçün adet dövrünün və ovulyasiya dövrünün hesablanması vacibdir. Həmçinin bu hesablama adət dövründəki düzənsizliklərin müəyyən edilməsinə də kömək edə bilər. Adət düzənsizliyi qadınlarda psixoloji və fizioloji problemlərə yol aça bilər.

Ovulyasiya dövrü haqqında məlumat almaq istəyirsinizsə və ya adet dövründə düzənsizlik olduğunu düşünürsünüzsə əsasda yatan səbəbi öyrənmək və müalicə olmaq üçün həkiminizə müraciət etməyi təxirə salmayın.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

Previous Article

Diş əti şişməsi: Səbəbləri və malicəsi

Next Article

Protein tozu faydaları və zərərləri

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *