Ekzema dəri səthində ortaya çıxan quru və qaşınmalı lezyonlara səbəb olan geniş yayılmış bir dəri xəstəliyidir.
Genetik və ətraf mühit faktorları ekzemaya səbəb ola bilər. Bu xəstəlik yoluxucu deyil, lakin hər hansı bir allergen və ya qıcıqlandırıcı maddə ilə təmas zamanı ekzema əlamətləri artır.
Bu əlamətlər şiddətli quruluq və qaşınma, dəri döküntüləri, ödem və şişkinlik, qalın qırmızı lezyonlar şəklində sıralana bilər.
Əlamətlər bəzən həddindən artıq şiddətlidir, insanın həyat keyfiyyətinə və gündəlik işlərinə mənfi təsir göstərə bilər. Bu səbəbdən simptomları idarə etmək məqsədi ilə bəzi müalicə üsulları tətbiq edilir.
Ekzema nədir?
Ekzema, başqa sözlə atopik dermatit, son illərdə olduqca artmış bir xəstəlikdir. Tez-tez uşaqlıq dövründə müşahidə edilsə də, hər yaş qrupundan insanları təsir edə bilər.
İrəli yaşlarda inkişaf edən ekzemaya astma və allergik rinit kimi digər allergik xəstəliklər də müşayiət edə bilər. Həmçinin ekzema bu xəstəliklərin xəbərçisi olaraq da ortaya çıxa bilər.
Xroniki bir xəstəlikdir, alovlanma və düzəlmə dövrləri ilə gedən iltihabi bir dəri problemi olaraq qəbul edilir.
Ekzemanın çox növü vardır. Hər ekzema növünün dəri baryerinin funksiyasını təsir edə biləcək tetikleyiciləri vardır.
Ekzema növləri atopik, kontakt, dishidrotik, nörodermatit, stasis, numerik və seboreik dermatit şəklində sıralana bilər. Eyni zamanda birdən çox ekzema növünün görülməsi də mümkündür.
Ekzema əlamətləri nələrdir?
Ekzema əlamətləri bədənin istənilən yerində ortaya çıxa bilər. Lakin əllər, boyun, üz, yanaqlar, dodaqlar, dirsəklər, ayaq biləkləri, dizlər, ayaqlar, qulaq daxili və ətrafında tez-tez inkişaf edə bilər.
Daha az yayılmış olaraq məmə ucları, döşlər, vajina yaxınlığındakı dəri qıvrımları və penis ətrafında ortaya çıxa bilər.
Ekzema əlamətləri insandan insana dəyişiklik göstərə bilər, lakin əksər hallarda müşahidə edilən əlamətlər bu şəkildə sıralana bilər:
- Quru və çatlamış bir dəri
- Qaşınmalı lezyonlar
- Dəri rənginə bağlı olaraq rəngi dəyişən dəri döküntüləri
- Dəridə ödem və şişkinlik
- Sızıntı və qabıqlanma
- Qalınlaşmış dəri
- Göz ətrafındakı dərinin qaralaşması
- Dəridə infeksiyalara meyillik
- Təkrarlanan göz qızartısı və yaşarması (konjonktivit)
- Qanda artmış IgE
- Yuxu pozğunluqları
- Depressiya və həyəcan
- Tərləyəndə artan qaşınma
- İltihablı və rəngi solmuş dəri
Ekzema yananma səbəbləri
Ekzemanın ortaya çıxmasında əsas bir səbəb yoxdur. Hər bir ekzema növünü tetikləyən bir və ya birdən çox səbəb vardır. Lakin səbəblər arasında ən çox rast gəlinən ailədə olan ekzema tarixi, stress və müəyyən ətraf mühit tetikleyicilərə məruz qalma şəklindədir.
Ekzema hər yaşda görülə bilən bir sağlamlıq problemidir. Allergiyası, saman qızdırması və astması olan şəxslərin ekzemaya yoluxma riski daha yüksəkdir.
Ekzema səbəbləri bu şəkildə sıralana bilər:
- Həddindən artıq aktiv immun sistem, dəri baryerinin həddindən artıq qurumasına və qaşınmasına, beləliklə də ekzemanın inkişafına səbəb ola bilər.
- Dərinin nəmliyini qoruyub saxlamasını təmin edən filaggrin adlı protein üzərində ortaya çıxan genetik dəyişiklik quru və qaşınmalı bir dəriyə səbəb ola bilər. Ailəsində ekzema tarixi olan şəxslər yüksək risk altındadır.
- Quru hava, həddindən artıq isti və ya soyuğa uzun müddət məruz qalmaq ekzemanın tetikleyiciləri arasında yer alır.
- Bəzi sabun növləri, bədən və üz yuma məhsulları, kimyəvi qatkılı çamaşır deterjanları və yumşaldıcılar, səth təmizləyici və dezinfektan məhsullar ekzemaya səbəb ola bilər.
- Geyimdə yun və ya polyester kimi parçaların istifadə edilməsi qaşınma və ekzemaya yol aça bilər.
- Qida allergiyaları xüsusilə kiçik uşaqlarda şiddətli ekzemanın inkişafında rol oynaya bilər.
- Toz gənələri və digər allergenlərə məruz qalma dəridə reaksiyalar yarada bilər.
- Emosional stress ekzemanın alovlanmasını tetikləyə bilər.
Ekzema necə diaqnoz edilir?
Ekzema diaqnozu geniş olaraq kiçik yaşlarda qoyulur. Bu xəstəliyin simptomları başqa dəri problemləri ilə bənzərlik göstərə bilər. Buna görə də həkimlər digər problemləri aradan qaldırmaq və doğru diaqnozu qoya bilmək üçün bəzi testlər tələb edə bilərlər.
Bu testlər allergiya testləri, qan analizləri və dəri biopsiyası ola bilər. Həkiminiz ekzemaya səbəb olan allergiya faktorunu müəyyənləşdirmək üçün yama testlərini təklif edə bilər.
Yama testlərində dəriyə potensial allergenlər az miqdarda tətbiq edilir və dərinin reaksiya göstərib göstərmədiyini analiz edilir.
Diaqnoz üçün dəri ilə əlaqəli məsələlərdə ixtisaslaşmış dermatologlarla görüşmə təmin edilə bilər.
Ekzemaya nə yaxşı gəlir?
Ekzemaya sahib şəxslər olduqca həssas dəriyə sahibdirlər. Bu səbəbdən həssas dəri baxımları ekzemanın səbəb ola biləcəyi alovlanmanın nəzarət edilməsini təmin edə bilər.
Qaşınmanı azaltma və iltihablı dərini sakitləşdirmə məqsədi ilə tətbiq edilə biləcək üsullar bu şəkildə sıralana bilər:
- Bir dermatoloq və əczaçı tövsiyəsi istiqamətində şəxsə uyğun bir nəmləndirici ilə dərinin müntəzəm aralıqlarla nəmləndirilməsi tövsiyə edilir. Nəmləndirmə məqsədi ilə hamam yağları, kremlər, losyonlar, məlhəmlər və spreylər istifadə edilə bilər. Dərini qıcıqlandıra biləcək boya, qoxu, ətir və kimyəvi tərkibli olmayan məhsulların seçilməsi tövsiyə edilir. Həmçinin geyinməzdən əvvəl nəmləndirici dəriyə nüfuz etmək üçün bir müddət gözlənilməsi lazımdır.
- Qaşınma ekzemanın ən mühüm əlamətidir, həmçinin xəstəliyin pisləşməsinə səbəb olan bir faktordur. Dəri qaşınanda, sahəni qaşıyaraq qıcıqlandırmaq əvəzinə dəriyə basaraq və ya yüngülcə vuraraq qaşınma hissi keçirilməyə çalışılmalıdır. Dərinin qıcıqlanmasının qarşısını almaq məqsədi ilə dırnaqların kəsilmiş olması tövsiyə edilir. Uşaqlar üçün gecələr corab və əlcək geydirilməsi tövsiyə edilir.
- Duşlar isti su əvəzinə ilıq su ilə alınmalıdır. Duşdan sonra dəri hələ nəmliyəkən krem və ya losyon tətbiqi daha təsirli bir nəmləndirmə təmin edir.
- Boyasız və ətirsiz nazik, sabunsuz bir dəri təmizləyici seçilməlidir. Həddindən artıq sərt sabunlar dərinin təbii yağ balansını poza bilər. Həmçinin təmizləyicinin dəridən tamamilə təmizlənməsi lazımdır.
- Sərin, bol və hamar toxumalı geyimlər seçilməlidir. Sərt, sıx və pürüzlü geyimlər dəridə qaşınmaya səbəb ola bilər. Həmçinin isti havalarda və ya idman zamanı yüngül geyimlər geyilməlidir. Bu geyimlərin yuyulması zamanı sərt deterjan və yumşaldıcılardan çəkinilməlidir.
- Stress və həyəcan idarəetməsinin öyrənilməsi üçün dəstək alına bilər. Çünki stress və digər emosional pozğunluqlar ekzemanın alovlanmasına səbəb ola bilər. Stress və həyəcanın fərqində olmaq, emosional sağlamlığı yaxşılaşdırmaq üçün addımlar atmaq dəri sağlamlığını düzəltmək baxımından kömək edə bilər.
Ekzema xəstəliyinin müalicəsi
Ekzema müalicəsi müntəzəm nəmləndirmə və şəxsi baxım vərdişləri ilə başlayır.
Lakin bəzi hallarda bu üsullar kifayət etmir, bu səbəbdən həkimlər qaşınma nəzarətinin təmin edilməsi və dəri bərpasının dəstəklənməsi məqsədi ilə müxtəlif dərman tövsiyələri edə bilərlər.
Bəzən tibbi müalicələr digər müalicələrlə kombinəedilmiş halda tətbiq edilir.
Ekzema müalicəsində müraciət edilən üsullardan qısaca bu şəkildə bəhs edilə bilər:
- Dərmanlar xüsusilə qaşınmanı nəzarət etmək, infeksiya ilə mübarizə aparmaq və iltihabi nəzarət etmək məqsədi ilə mütəxəssis həkimlər tərəfindən təyin edilir.
- Digər müalicə seçimlərinə cavab alınmadığı hallarda bioloji müalicələrinə müraciət edilə bilər. Bioloji dərman tətbiqləri orta və şiddətli ekzema simptomlarını yüngülləşdirmək məqsədi ilə seçilə bilər.
- Topikal dərman tətbiqləri ilə sağalmayana və ya təkrarlanan ekzema hallarında fototerapiya olaraq bilinən işıq terapiyası üsuluna müraciət edilə bilər. Fototerapiya təkbaşına və ya dərman müalicələri ilə kombinə edilmiş şəkildə tətbiq edilə bilər.
Ekzema-nın qarşsını necə ala bilərik?
Ekzema alovlanmalarının və ya ekzemanın yayılma göstərməsinin qarşısının alınması məqsədi ilə tətbiq edilə biləcək bəzi sadə addımlar vardır.
Bu addımlardan qısaca bu şəkildə bəhs edilə bilər:
- Dərinin müntəzəm olaraq nəmləndirilməsi lazımdır.
- İsti deyil, ilıq su ilə alınan duşlar seçilməlidir.
- Gündəlik su istehlakına diqqət edilməli və susuz qalınmamalıdır.
- Pambıqlı geyimlər seçilməlidir, yunlu geyimlərdən çəkinilməlidir.
- Quru havalarda dərini nəmləndirmək baxımından əlavə diqqət göstərilməlidir.
- Qıcıqlandırıcı maddə və allergenlərdən çəkinilməlidir.
- Stresi idarə etmək üçün məsləhət alına bilər.
Ekzema çox geniş yayılmış və narahat edici bir dəri problemidir. İnsanın həyat keyfiyyətinə, təhsil və iş həyatına son dərəcə mənfi təsir göstərə bilər.
Yuxuya getməyə mane ola bilər, insanın diqqətini yaya bilər və cəmiyyət daxilində narahat hiss edilməsinə səbəb ola bilər.
Bu səbəbdən əlamətlər ortaya çıxanda mütəxəssis həkim və ya dermatoloq ilə görüşmə təmin edilməsi tövsiyə edilir.
Bu məqalə ümumi məlumat məqsədilə hazırlanmışdır. Fərdi tibbi məsləhət üçün mütəxəssis həkimə müraciət edin.