Sinüzit, üz sümüklərindəki hava ilə dolu boşluqlar olan sinusların iltihab nəticəsində yaranən xəstəlikdir.
Soyuqdəymə, qrip və ya digər yuxarı tənəffüs yolları infeksiyalarından sonra sinuslardakı tıxanıqlıq və iltihab səbəbindən sinüzit inkişaf edə bilər.
Bu vəziyyət burun tıxanıqlığı, baş ağrısı, üz ağrısı, burun axıntısı və yorğunluq kimi əlamətlərlə özünü göstərir.
Sinüzit əlamətləri gündəlik həyatı mənfi təsir edə bilər və iş məhsuldarlığını azalda bilər. Bu səbəbdən sinüzit əlamətlərini yüngülləşdirmək və daha sürətli şəkildə sağalmaq üçün bəzi təsirli üsullar tətbiq edilir.
Sinüzitə yaxşı gələn müalicə üsulları əlamətlərin şiddətinə, xəstəliyin növünə (kəskin sinüzit və ya xroniki sinüzit) və şəxsi sağlamlıq vəziyyətinə görə dəyişir.
Sinüzit əlamətləri nələrdir?
Sinüzit, adətən tənəffüs yolları infeksiyaları və allergiyalarla əlaqəli olaraq ortaya çıxdığı üçün çox müxtəlif əlamətlərə malikdir. Sinüzitlə əlaqəli olaraq yaranən bəzi əlamətlər kəskin şəkildə inkişaf edərkən, xüsusilə irələmişmiş hallarda xroniki əlamətlər də görülür.
Sinüzit xəstəliyinin geniş yayılmış əlamətləri aşağıdakı kimi izah edilə bilər:
1. Üzdə təzyiq hissi və ağrı
Başda gözlərin ətrafı, alın və yanaqlar olmaqla üzün çox hissəsində ağrı və təzyiq yarana bilər. Üzdə yaranan ağrı ən çox görülən sinüzit əlamətidir.
2. Burun axıntısı
Sinüzitin ən yaygın əlamətlərindən biri də burun axıntısıdır. Axıntı əvvəlcə şəffaf maye halında olsa da, xəstəliyin müalicəsi gecikdikcə sarı və daha qatı kıvamlı hal alır. Burun axıntısının yanı sıra, xüsusilə gecələr yatarkən burun tıxanıqlığı da görülə bilər.
3. Baş ağrısı
Xüsusilə səhər saatlarında və başın ani hərəkətləri ilə yaranən ağrılar sinüzit xəstələrinin geniş şəkildə yaşadığı problemlər arasındadır. Sinüzit səbəbindən yaranan baş ağrısı xalq arasında sinüzit ağrısı kimi də bilinir. Bu tip ağrı adətən şiddətli və qısa müddətli olur.
4. Öskürək
Sinusların dolması ilə tənəffüs yolundan ağciyərə doğru axıntı yarana bilər. Bu vəziyyət qısa çəkən öskürək tutmalarının yaranmasına səbəb olur. Sinusit xəstəliyi tənəffüs yolu infeksiyası ilə əlaqəli olaraq da görülə bildiyi üçün öskürək sinusitdən başqa infeksiyanın əlaməti də ola bilər.
5. Qoxu və dad hissində azalma
Sinuslər burun bölgəsinə çox yaxın olduğu üçün bu bölgədə yaranan iltihablər ən çox yuxarı tənəffüs yolunu təsir edir. Bu vəziyyət qoxu və dad hissində dəyişikliyə səbəb olur.
6. Qızdırma və halsızlıq
Bütün infeksiyalarda olduğu kimi sinuslardakı iltihab ilə mübarizə zamanı da bədən normaldan çox enerji sərf edir. Bu vəziyyət bədən hərarətinin yüksəlməsinə və xəstənin özünü halsız hiss etməsinə səbəb ola bilər.
Sinüzit nədən olur?
Sinusların dolması və iltihab yaranması demək olar ki, hər kəsin ən azı bir dəfə başına gələn yaygın sağlamlıq problemidir. Bu vəziyyəti yaradan çox səbəblər vardır.
Sinüzit adətən başqa xəstəliklər ilə əlaqəli olaraq yaranır. Əlaqəli olduğu xəstəliyə görə də xroniki hala gələ bilər.
Sinüzitin səbəbləri aşağıda sıralanmışdır:
Tənəffüs yolu infeksiyaları: Xüsusilə yuxarı tənəffüs yolunda yaranan infeksiyalar sinusitin ən yaygın səbəbləri arasındadır. Tənəffüs yolu infeksiyalarının vaxtında müalicə edilməməsi sinusit xəstəliyinin yaranma ehtimalını əhəmiyyətli dərəcədə artırır.
Allergiyalar: Allergik olan şəxslərdə sinüzit görülmə ehtimalı artar. Polen, ev tozu və heyvan tükü kimi yaygın allergenlər sinus toxumasını tahriş edə bilər və bu vəziyyət iltihaba səbəb olur.
Burun quruluşundakı problemlər: Burun içindəki qığırdaq və sümüklərdə doğuşdan gələn və ya sonradan yaranan struktur pozğunluqları tıxanıqlıqlara səbəb olur.
İmmun sistem problemləri: İmmun sistemdə zəifləmə bir çox xəstəlik ilə yanaşı sinusitin yaranma ehtimalını da artırır.
Havanın çirklənməsi: İş şəraiti gərəyi uzun müddət çirkli hava solumaq məcburiyyətində qalan şəxslərdə sinusit daha tez-tez görülür.
Üz travmaları: Üzdə yaranan yaralanma və sınıqlar da sinuslərdə tıxanıqlığa və sinusit yaranmasına zəmin hazırlaya bilər.
Sinüzitə nə yaxşı gəlir?
Sinüzitin əlamətlərini azaltmağa və xəstələrin rahatlığını artırmağa yönəlik müxtəlif üsullar vardır. Lakin sinusit müalicə edilmədikdə irələyə bilən və daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilən xəstəlikdir.
Yüngül hallarda xəstələrin müxtəlif üsullarla rahatlığı mümkün olsa da, evdə sinusit müalicəsi mümkün deyil. Bu səbəbdən yuxarıda sıralanan əlamətləri daşıyan və sinuslərində iltihab yarandığından şübhələnən şəxslərin mütləq mütəxəssis tərəfindən müayinə edilməsi lazımdır.
Yüngül və ya xroniki hallarda əlamətləri azaltmaq üçün tətbiq edilə biləcək üsullar aşağıdakı kimi sıralana bilər:
1. Dincəlmə və çox su içmək
Bədəni dincəldirmək immun sistemin güclənməsinə və bədənin infeksiya ilə daha yaxşı şəkildə mübarizə aparmağına kömək edir. Çox su içmək isə immun sistemi dəstəkləməkdən başqa, ifrazatları yumşaltıcı təsirə malikdir və sinuslərdə rahatlığa səbəb olur.
2. Burun təmizliyi
Duzlu su ilə burun təmizliyi etmək burun axıntılarının incəlməsinə səbəb olur. Bu əməliyyat sinusləri rahatladır, tıxanıqlığı və ağrını azaldır.
3. Ağrıkəsicilər
Sinusit ilə yanaşı yaranan baş və üz ağrılarının azaldılmasında reseptsiz satılan ağrıkəsicilər istifadə edilə bilər. Bu dərmanlar başqa dərmanlarla təsirə girə bilər və ya müxtəlif yan təsirlər yarana bilər.
4. İsti nəmli buxar
İsti nəmli buxar solumaq müvəqqəti müddət üçün sinuslərin açılmasına, ağrıların azalıb tənəffüsün rahatlamasına səbəb olur.
5. Bitki çayları
Müxtəlif bitkilərin suda qaynadılması ilə əldə edilən çaylar çox sağlamlıq probleminin müalicəsində dəstəkləyici rol oynayır. Bitki çayları sinusit xəstələri üçün də təsirli köməkçilərdir.
Sinüzitə yaxşı gələn bitki çayları
Yuxarıda sayılan üsullara əlavə olaraq, bəzi bitki çayları da sinusit əlamətlərinin azaldılması və xəstələrin daha rahat həyat sürməsi üçün köməkçi ola bilər.
Lakin unutulmamalıdır ki, bitki çayları müalicə edici xüsusiyyətə malik deyil və yalnız müvəqqəti müddət üçün rahatlamağı təmin edir.
1. Adaçayı (Dəfnə çayı)
Adaçayı anti-inflamatuar xüsusiyyətləri səbəbindən sinüzit əlamətlərini yüngülləşdirməyə kömək edən çaylar arasındadır.
2. Nanə çayı
Nanə çayı anti-inflamatuar və rahatladıcı xüsusiyyətlərə malik olduğu üçün sinüzit xəstələri tərəfindən tez-tez seçilir.
3. Zəncəfil çayı
Zəncəfil çayı sinusləri rahatlatmaqdan başqa, soyuqdəymə və qrip əlamətlərini yüngülləşdirməyə, mədə bulantısını azaltmağa və immun sistemi dəstəkləməyə kömək edir.
4. Çobanyastığı çayı
Çobanyastığı çayı antioksidan xüsusiyyətlərə malikdir və immun sistemi dəstəkləməyə kömək edir.
5. Kəklik otu çayı
Kəklik otu çayı antioksidanlar baxımından zəngindir və immun sistemi dəstəkləməyə kömək edir.
Sinüzit necə keçir?
Sinüzit xəstəliyin altında yatan səbəbə və xəstəliyin növünə görə uyğun üsulla müalicə edilir. Sinüzit üçün tətbiq ediləcək müalicə üsulu mütləq mütəxəssis tərəfindən müəyyən edilməlidir.
Sinüzitin dərmanla müalicəsi
Bütün iltihabli xəstəliklərdə olduğu kimi sinusit müalicəsində də ən yaygın istifadə edilən dərmanlar antibiotiklərdir. Lakin lazımsız antibiotik istifadəsi uzunmüddətli zərərli olduğu üçün mütəxəssislər yüngül sinusit hallarında əvvəlcə xəstəliyin vəziyyətini izləməyi üstün tuta bilərlər.
Sinüzit əməliyyatı
Sinüzit əməliyyatı iltihabın xronikləşdiyi və xəstənin həyat keyfiyyətinə ciddi mənfi təsirlər göstərdiyi vəziyyətlərdə mütəxəssislər tərəfindən tətbiq edilməsinə qərar verilə biləcək müalicə üsuludur.
Həkimə nə vaxt müraciət edilməlidir?
Sinüzit çox vaxt yuxarı tənəffüs yolu infeksiyaları və ya mövsümi allergiyalardan qaynaqlanır və öz-özünə düzəlir. Lakin bəzi hallar müalicə edilməzsə irələyə bilər və xroniki hala gələ bilər.
Tənəffüs yolu infeksiyasından sonra yaranan sinusit 7-10 gün ərzində öz-özünə sağalmırsa, bu vəziyyət müalicəyə ehtiyacı olduğunun ən aydın göstəricisidir.
Əgər bu müddət ərzində əlamətlər öz-özünə keçməmişsə və ya yaxşılaşma göstərməmişsə həkimə müraciət etmək lazımdır.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminiz ilə məsləhətləşin.