Tez-tez sidiyə çıxmaq gün ərzində 8-10 dəfədən çox sidiyə çıxmaq kimi təyin edilir və bu vəziyyət normal deyil.
Tez-tez sidiyə çıxmaq səbəbləri arasında infeksion xəstəliklər, prostatit və ya sistit kimi xəstəliklər var.
Tez-tez sidiyə çıxmaq bəzən soyuqdəymə və ya üşütməyə bağlı olaraq mövsümi şəraitə görə də inkişaf edə bilər.
Tez-tez sidiyə çıxmaq səbəbləri
Tez-tez sidiyə çıxmanın çox müxtəlif səbəbləri ola bilər. Lakin tez-tez sidiyə çıxmaq əlamətləri göstərən xəstəliklərin başında ən çox rast gəlinən infeksion xəstəliklər, diabet (şəkər xəstəliyi) və böyrək xəstəlikləri yer alır.
Tez-tez sidiyə çıxmqa narahatlığı yaşayan şəxslərdə yaş aralığı və müşayiət edən simptomlar olduqca vacibdir.
Tez-tez sidiyə çıxmaq səbəbləri arasında bunlar ola bilər:
- Sidik yolu infeksiyası
- Sidik söktürücü dərmanlar
- Böyrək çatışmazlığı
- Dərman istifadəsi
- Pəhriz
- Sidik kisəsi xərçəngi
- Həddindən artıq aktiv sidik kisəsi
- Psixoloji səbəblər
- Sistit
- Prostatit
- Bel yırtığı
- Şəkər xəstəliyi (diabet)
- Çox maye istehlakı
- Böyrək daşı
- MS xəstəliyi
- Vajinit
- Parkinson xəstəliyi
- Hamiləlik
- Travma
- Qocalıq
Tez-tez sidiyə çıxmaq həmişə xəstəliyin xəbərçisi olmaya bilər. Bəzi hallarda gün ərzində həddindən artıq maye istehlakı, ödəm söktürücü pəhriz və ya ödəm söktürücü dərmanların istifadəsindən sonra da ortaya çıxa bilər.
Qadınlarda tez-tez sidiyə çıxma
Tez-tez sidiyə çıxma çox vaxt sidik yolu infeksiyası və ya sistit kimi infeksion xəstəliklər, böyrək çatışmazlığı və ya böyrək daşı kimi böyrək xəstəlikləri və şəkər xəstəliyinə bağlı inkişaf edə bilər.
Ümumiyyətlə, şəxsin həyatını da mənfi istiqamətdə təsir edən tez-tez sidiyə çıxma, qadınlar üçün vacib problemlər arasında yer alır.
Stress, şəkər xəstəliyi, vajinit, aktiv sidik kisəsi, sistit, sidik kisəsi xərçəngi, sidik kisəsi iltihabı və ya hamiləlik kimi vəziyyətlər qadınlarda tez-tez sidiyə çıxmaya səbəb olur.
Kişilərdə tez-tez sidiyə çıxma
Kişilərdə də qadınlarda olduğu kimi tez-tez sidiyə çıxmaya səbəb ola bilən xəstəliklərin başında böyrək xəstəlikləri, sidik kisəsi xəstəlikləri, Parkinson, MS, bel yırtığı kimi xəstəliklər yer alır.
Xüsusilə yalnız kişilələr də görülə bilən bəzi xəstəliklər də tez-tez sidiyə çıxmaya səbəb ola bilən əlamətlər göstərə bilər.
Məsələn, tez-tez sidiyə çıxmaya, eyni zamanda qasıq ağrısı əlaməti də müşayiət edərsə, adətən prostatit, yəni prostat iltihabından şübhələnilir.
Kişilərdə tez-tez sidiyə çıxma səbəblərinin başında sidik yolu infeksiyaları, prostat xərçəngi, prostat hiperplaziyası və ya prostat iltihabı kimi prostat xəstəlikləri yer alır.
Gecə tez-tez sidiyə çıxma
Tez-tez sidiyə çıxma normal vəziyyət kimi qarşılanmır. Xüsusilə də gecələr yuxudan oyandıracaq və ya yatırmayacaq qədər çox yaşanırsa normal vəziyyət kimi adlandırılmır.
Bədənin gün ərzində itirdiyi enerjini toplaması üçün yuxu zamanı fasiləsiz olaraq yatması və dincəlməsi lazımdır. Lakin gecələr iki saat və ya daha az müddətdə davamlı olaraq yuxudan oyanma, bədənin dincəldiyi REM yuxusu adlanan yuxuya keçməsinə mane olur.
Buna bağlı olaraq şəxsin yuxusuz qalması və dincələ bilməməsi nəticəsində həyat keyfiyyətinin böyük ölçüdə azalmasına səbəb ola bilər.
Tez-tez sidiyə çıxma nə qədər təhlükəli xəstəliklərin başında yer almasa da, uzun müddətdə şəxsin həyatını mənfi istiqamətdə təsir edə bilən narahatlıqlardandır.
Bu səbəbdən altda yatan səbəbin araşdırılması və ən qısa müddətdə müalicə edilməsi vacibdir.
Tez-tez sidiyə çıxma müalicəsi
Tez-tez sidiyə çıxma müalicəsi üçün əvvəlcə altda yatan xəstəliyin diaqnozu qoyulmalıdır. Altda yatan xəstəliyə bağlı olaraq həkim tərəfindən nəzərdə tutulan dərmanlar, antibiotiklər və ya cərrahi müdaxilələr həyata keçirilir.
Əgər tez-tez sidiyə çıxma həddindən artıq aktiv sidik kisəsinə bağlı inkişaf edirsə, həkim tərəfindən təklif edilən dərman müalicəsi tövsiyə edilə bilər.
Dərman müalicəsinin uğurlu olmadığı hallarda istifadə edilən digər üsul isə sistoskopiya əməliyyatı ilə sidik kisəsi divarına doldurucu maddə inyeksiya edilməsi və sidik kisəsi əzələlərindəki həddindən artıq aktiv həssaslığın qarşısının alınmasıdır.
Əgər xəstə bütün bu üsullara cavab verməzsə, o zaman da bağırsaqdan hazırlanan yamaq ilə sidik kisəsinin böyüdüldüyü cərrahi əməliyyat üsuluna müraciət edilir.
Tez-tez sidiyə çıxma problemi yaşayan şəxsin gün ərzində istehlak etdiyi maye miqdarına diqqət etməsi tövsiyə edilir.
Qəhvə və ya kola kimi kafein tərkibli içkilər, acı, ədviyyat, üzüm, alma, armud kimi həddindən artıq şirə tərkibli yeməklər və spirtli içkilərdən uzaq durması məsləhət görülür.
Həmçinin şəxsin allergiyasını tetikleyen yeməklərdən va içkilərdən uzaq durması da müalicənin müsbət keçməsində təsirli rol oynayır.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.