Prostatit, prostatın və bəzən də prostatın ətrafındakı sahələrin iltihablanmasını ehtiva edən, ağrılı bir vəziyyətdir.
Prostat iltihabı mənasını verən prostatitin ümumi olaraq 4 növü vardır. Bunlar kəskin bakterial prostatit, xroniki bakterial prostatit, xroniki prostatit/xroniki çanaq ağrısı sindromu, asemptomatik iltihabi prostatit kimi ötürülə bilər.
Xroniki prostatit, simptomların ən az 3 ay müşahidə edildiyi hallarda rast gəlinən prostatit növüdür. Uzunmüddətli bir iltihab olan bu vəziyyət müntəzəm şəkildə nəzarət edilməlidir.
Prostatit (prostat iltihabı) nədir?
Prostat, kişilərdə sidik kisəsinin altında yerləşən qoz böyüklüyündə bir vəzdir. Bu vəz, sperm ilə qarışaraq mənini əmələ gətirən mayeni istehsal edir. Prostatit, prostat vəzinin iltihablanması və ya şişməsidir.
Prostatit tez-tez ağrılı və çətin sidik çıxarmanın yanı sıra qasıq, çanaq nahiyəsi və ya cinsi orqanlarda ağrıya səbəb olur. Bakterial infeksiyalar prostatit hallarının hamısına olmasa da, bəzilərinə səbəb olur.
Simptomlar yavaş-yavaş başlayıb bir neçə həftədən çox davam etdikdə bu vəziyyətə xroniki prostatit adı verilir. Xroniki prostatit, əlamətləri ən az üç ay davam edən, prostat vəzini təsir edən ağrılı bir vəziyyətdir.
Həm cinsi funksiyanı, həm də rahat sidik çıxarma qabiliyyətini təsir edir. Düzgün müalicə üsulları ilə xroniki prostatitə aid simptomlar idarə edilə bilər və həyat daha asan hala gələ bilər.
Xroniki prostatitin əlamətləri nələrdir?
Prostatit adətən prostat vəzinin şişməsinə səbəb olur. Prostat üretranı (sidiki sidik kisəsindən bədənin kənarına aparan boru) əhatə edir. Bu səbəbdən bəzi əlamətlər ortaya çıxır.
Xroniki prostatitin əlamətləri bunları əhatə edir:
- Sidik çıxarma zamanı və ya sonrasında yanma
- Sidik axımını başlatmaqda çətinlik
- Sidik axımı başladıqdan sonra davam etdirməkdə çətinlik çəkmə
- Tez-tez və ya təcili sidik çıxarma ehtiyacı
- Sidik kisəsinin tamamilə boşaldılmadığı hissi
- Penisin üstündə, skrotumun içində və ya altında və ya arxa tərəfdə və ya rektumda hiss edilən ağrı
- Orqazm zamanı və ya sonrasında yaşanan ağrı
- Əzələ ağrıları və ya sərtlik
Bəzi kişilərdə simptomlar demək olar ki, heç hiss edilməyə bilər, lakin bəzi kişilərdə xroniki prostatitin yaratdığı simptomlar həyat keyfiyyətini olduqca aşağı salır.
Xroniki prostatit niyə yaranır?
Prostatit, 50 yaşından kiçik kişilərdə ən tez-tez görülən sidik yolu problemidir. 50 yaşından böyük kişilərdə isə üçüncü ən çox görülən sidik yolu problemidir.
Geniş şəkildə görülə bilən xroniki prostatit səbəbləri aşağıdakı kimi sıralanabilər:
- Keçmişdə bakterial prostatit infeksiyası
- Velosiped sürmək
- Daha az yayılmış olan bakteriya növləri
- Prostata axan sidikin toplanmasından yaranan qıcıqlanma
- Kimyəvi maddələrdən yaranan qıcıqlanma
- Alt sidik yolunu maraqlandıran sinir problemi
- Parazitlər
- Çanaq dibi əzələ problemi
- Cinsi istismar
- Viruslar
Xroniki prostatit necə müalicə edilir?
Xroniki prostatit müalicəsi təşxis edilən prostatit vəziyyətinə və əlamətlərə bağlıdır.
Xroniki prostatit müalicə üsulları isə aşağıdakı kimidir:
İnfeksiyanı dərmanlarla müalicə etmək: Xroniki prostatit müalicəsində antibiotiklər, anti-iltihabi dərmanlar, ağrıkəsici və əzələ yumşaldıcı dərmanlar istifadə edilir. Təyin edilmiş bütün dərmanları almaq, infeksiyanı ortadan qaldırmaq və xroniki prostatit riskini azaltmaq üçün vacibdir.
Sidik simptomlarının müalicəsi: Alfa blokerlər adlandırılan dərmanlar sidik kisəsi boynunu və prostatın sidik kisəsi ilə birləşdiyi yerdəki əzələ liflərini yumşaltmağa kömək edir. Bu müalicə ağrılı və çətin sidik çıxarma kimi sidik simptomlarını yüngülləşdirə bilər.
Ağrını müalicə etmək: Həkim mütəxəssis ağrıkəsici dərman təyin edə bilər və ya asetaminofen (Tylenol, digərləri) və ya ibuprofen (Advil, Motrin IB, digərləri) kimi reseptsiz dərmanlar tövsiyə edə bilər.
Psixoloji simptomları idarə etmək: Həkim tərəfindən xroniki ağrı ilə əlaqəli ola biləcək stress, depressiya və narahatlığı idarə etməyə kömək etməsi üçün bir ruhi sağlamlıq mütəxəssisi ilə psixoterapiya tövsiyə edilə bilər.
Fiziki müalicə: Çanaq dibi əzələlərini gücləndirəcək məşqlər ilə simptomlar yüngülləşdirilə bilər.
Alternativ müalicə yanaşmaları: Akupunktur kimi alternativ müalicələr üstünlük verilə bilər.
Prostatit necə diaqnoz edilir?
Xroniki prostatit müalicəsində ilk addım, problemin ölçüsünü müəyyən etmək üçün tam bir müayinədir.
Bu müayinə nəticəsində prostatit təşxisi qoyula bilər. Prostatit təşxisi aşağıdakı kimi aparıla bilər:
- Bakterial infeksiyaya işarə edə biləcək şişmiş limfa düyünləri
- Həssas skrotum və ya axıntı olub-olmadığının yoxlanılması
- Prostat vəzinin ölçüsünü hiss etmək üçün rektal müayinə
- Sidik testləri, qan testləri, ultrasəs, biopsiya və sistoskopiya
Prostatit-in qarşısını necə alaq?
Bu vəziyyətə tutulmağın qarşısını almanın qəti bir yolu yoxdur, lakin bir çox kiçik həyat tərzi dəyişikliyi prostat vəzini sağlam saxlamağa kömək edə bilər. Həmçinin prostatit riskini azaltmaq üçün kömək edə bilərlər.
Gigiyena: Penis və ətrafındakı sahələrin həmişə təmiz saxlanması lazımdır.
Ayağa qalxmaq: Uzun müddət oturmaq prostat vəzlərini sıxaraq iltihaba səbəb ola bilər. Bu səbəbdən uzun müddət oturmaqdan qaçınılmalıdır.
Müntəzəm məşq: Həftədə ən az 3 dəfə olacaq şəkildə qaçış, gəzinti və idman etmək olduqca vacibdir. Bu sayədə həm psixoloji rahatlama, həm də simptomları azaltma sahəsində uğurlu oluna bilər.
Tarazlı və sağlam qidalanma: Ümumi sağlamlığınızı qoruyaraq rastlaşıla biləcək infeksiyaların qarşısının alınması üçün diqqət edilməlidir.
Kifayət qədər maye qəbulu: Sidik yolu infeksiyalarının qarşısının alınması üçün olduqca vacibdir.
Müntəzəm cinsi əlaqə: Prostat vəzinin sağlamlığını qoruyaraq infeksiya riskinin azalmasına kömək edir.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.