Cinsi yolla keçən infeksiyalar, qorunmasız cinsi əlaqə zamanı insandan insana bədən ifrazatları yolu ilə keçən xəstəliklərdir.
Cinsi infeksiya əlamətləri ümumi olaraq – qızdırma, vaginal axıntı, sidikdə yanma, cinsi əlaqədə ağrı, xayada ağrısı və şişkinlik.
Cinsi yolla keçən xəstəliklərin əlamətləri
Burada diqqət edilməli olan məqam, cinsi yolla keçən xəstəliklərin erkən mərhələlərində görülən əlamətlərin 1-2 həftə ərzində düzələ bilməsi və sonradan komplikasiyalarla yenidən ortaya çıxa bilməsidir.
Ümumi olaraq görülən əlamətlər bunlardır:
- Qızdırma
- Əzələ oynaq ağrısı
- Penis axıntısı
- Vaginal axıntı
- Genital bölgədə görülən ziyil və uçuqlar
- Sidikdə yanma
- Cinsi əlaqədə ağrı
- Testislərdə şişkinlik və ağrı
- Aybaşı dövrü xaricində ara qanamaları
Cinsi infeksiyalar nələrdir?
- Qonoreya (bel soyukluğu)
- Sifilis (frenci)
- Üretrit (xlamidiya, mikoplazmə və ureoplazmə)
- Genital ziyil (HPV infeksiyası)
- Uçuq (herpes infeksiyası)
- Trixomonas
- Hepatit
- QİÇS (HIV infeksiyası)
Bel Soyukluğu Nədir? Bel Soyukluğu Əlamətləri Nələrdir?
Neisseria gonorrhoe adlı bakteriya ilə keçir. Ən çox cinsi orqanları, sidik yolunu, rektal bölgəni və boğazı təsir edir. İnkubasiya müddəti 4-6 gündür. Müalicə edilmədikdə sonsuzluğa qədər gedən komplikasiyalara səbəb olur.
Əlamətləri bu şəkildədir:
- Penis ucundan və vajinadan sarı-yaşıl axıntının olması
- Aybaşı xarici qanama
- Xronik qasıq ağrısı
- Sidik edərkən yanma
Frenci nədir? Frenci əlamətləri
Treponema pallidum adlı bakteriya ilə meydana gəlir. Xarici genital orqanlar, vajen, düz bağırsaq və ağız ətrafında ağrısız şankr adlı lezyonlara səbəb olur.
Şankr yaranmasından sonra qızdırma, yorğunluq, baş ağrısı, çəki itkisi, oynaq ağrısı kimi əlamətlər yaranır. Müalicə edilməzsə görmə-eşitmə itkisi, zehni pozğunluqlar kimi problemlərə səbəb olur.
Xlamidiya nədir? Xlamidiya əlamətləri
Chlamydia trachomatis adlı bakteriya ilə meydana gəlir. Həm kişi, həm də qadınlarda üretritə səbəb olur. Adətən şəffaf və ya sarı rəngli axıntı ilə özünü göstərir. Müalicə edilməzsə pelvik infeksiya, sonsuzluq, ektopik hamiləlik kimi problemlərə səbəb olur.
Ureoplazmə və Mikoplazmə Nədir?
Adətən əlamət vermirlər. Hadisələrin bir hissəsində sidikdə yanma, penis daxilində qaşınma və şəffaf rəngli axıntı görülür. Hadisələrin üçdə biri asemptomatik keçir və bulaşdırıcılıq davam edir. Müalicə edilmədikdə qadınlarda pelvik infeksiya və kişilərdə sonsuzluğa səbəb olur.
HPV nədir?
İnsan Papilloma Virusu (HPV), genital bölgələri əhatə edən yaxın dəri təması və ya cinsi yolla keçən viral infeksiyadır. Ən çox əlaməti genital bölgədə, ağızda və boğazda yaranan ziillərdir. Bu infeksiyadan sonra görülən ən vacib problem isə xərçəngdir. HPV uşaqlıq boynunda, penisdə və rektal xərçəngə səbəb ola bilər. Xüsusilə HPV 16 və 18 tipləri xərçəng inkişafı baxımından yüksək risk daşıyır.
Herpes nədir?
HSV 1 virusu daha çox ağız və dodaqlarda, HSV 2 virusu isə daha çox genital bölgələrdə uçuğa səbəb olur. Su toplayan, bir-birinə qonşu və müəyyən xətt üzərində yaranan lezyonlara səbəb olur.
Trixomonas nədir?
Adətən asemptomatik keçir. Qadınlarda vajinadan çürümüş balıq qoxusu olan axıntının olması tipikdir.
HIV Nədir? HIV necə keçir?
HIV infeksiyası bədənin immunitet sistemində zərər verdiyi üçün digər infeksiyalara qarşı bədəni müdafiəsiz vəziyyətə gətirir. Başlanğıcda qrip benzər simptomlarla özünü göstərir.
Hepatit necə keçir?
Hepatit B və C virusu ilə meydana gəlir. İnsandan insana cinsi əlaqə, qan transfüzyonu kimi yollarla keçir. Sirroz və qaraciyər xərçənginə səbəb olur.
Cinsi infeksiyaların diaqnozu
Diaqnoz, genital bölgə müayinəsi və xəstənin hekayəsi, qan və sidik təhlilləri, penis və ya vaginal axıntıdan alınan sürüntünün yoxlanılması ilə qoyulur.
Cinsi infeksiyaların müalicəsi
Kişilərdə sidik yolu, qadınlarda isə vajinadan alınan bir kultura əsasən antibiotik müalicəsi ilə təsirli müalicə mümkündür. Vacib məqam xəstənin partnyoru ilə birlikdə eyni zamanda müalicə edilməsidir.
Xlamidiya, qonoreya (bel soyukluğu), sifilis (frenci), mikoplazmə və ureoplazmə kimi infeksiyalar antibiotiklə müalicə edilir. Trixomonas infeksiyası isə antiparazitik dərmanlarla müalicə edilir.
HIV, herpes və HPV infeksiyalarında antiviral dərmanlarla infeksiya nəzarət altına alınmağa çalışılır, lakin müalicədən sonra təkrarlanmalar bu infeksiyalarda tez-tez görülür.
Cinsi infeksiyalardan qorunma
Cinsi partnyor sayının məhdud saxlanılması, HPV infeksiyaları üçün vaksinasiya tətbiqi və qorunaraq cinsi əlaqəyə girilməsi ən vacib qorunma yollarındandır.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.