Tez boşalmanın səbəbləri və müalicə üsulları

Tez (erkən) boşalma, cinsi birləşmənin başlanmasından etibarən boşalmanın gecikdirilə bilməməsidir.
tez erkən boşalma

Tez (erkən) boşalma, cinsi birləşmənin başlanmasından etibarən boşalmanın gecikdirilə bilməməsidir.

Bundan əlavə boşalmanın həmişə və ya çox vaxt kişi cinsi orqanının qadın cinsi orqanı ilə birləşməsindən dərhal əvvəl və ya 1 dəqiqə ərzində olması, təxminən bütün vajinal birləşmələrdə boşalmanı gecikdirə bilməmək və bunun stress, əhval pozğunluğu, narahatlıq, cinsi əlaqələrdən qaçınma kimi mənfi nəticələr doğurması problemidir.

Tez boşalma müalicəsi

Səbəbinə görə erkən boşalma üçün bir çox müxtəlif müalicə variantı mövcuddur. Bunlara davranış terapiyası, məsləhətçilik və dərmanlar da daxildir. Bəzən bu müalicələrin bir neçəsi birləşdirilərək tətbiq edilə bilər.

Erkən boşalma müalicəsində istifadə olunan üsulları belə sıralaya bilərik:

  • Başla və dur üsulu
  • Sıxma və buraxma üsulu
  • Diqqəti yayındırma
  • Kegel məşqi
  • Psixoloji dəstək
  • Antidepresan müalicəsi

Başla və dur üsulu

Davranış terapiyasında boşalmanı gecikdirmək üçün müxtəlif üsullar sınaqdan keçirilir. Müalicənin əsas məqsədi insana bədənini və hisslərini necə idarə edəcəyini öyrətməkdir. Bu üsullardan biri “başla və dur” üsuludur.

Bu üsulda boşalma nöqtəsinə yaxınlaşıldığı anda dayanılır. Təxminən 30 saniyə gözlədikdən sonra davam edilir. Bu üsul cinsi birləşmə zamanı ehtiyac duyulduğu müddətdə istifadə olunur.

Sıxma və buraxma Üsulu

Bu texnikada isə boşalma nöqtəsinə yaxınlaşıldıqda penisin başı təxminən 30 saniyə boyunca yüngülcə sıxılır. Boşalmadan əvvəl təxminən 3-4 dəfə bu tətbiq təkrarlana bilər.

Diqqəti yayındırma

Bu texniklə məqsəd, cinsi cəhətdən oyanarkən diqqətin cinsi əlaqə ilə əlaqəsi olmayan başqa mövzular üzərində düşünülməsidir.

Məsləhətçilik

Erkən boşalmanızın səbəbi psixoloji, emosional və ya əlaqə problemlərindən qaynaqlanırsa bir psixoloq, psixiatr, cütlük terapisti və ya seks terapistindən kömək ala bilərsiniz. Bunu seçərkən cinsi terapiya təhsili almış şəxslər seçilməlidir.

Antidepresan istifadəsi

Antidepresanlar; xüsusilə sitalopram, essitalopram, fluoksetin, paroksetin və sertralin və ya trisiklik antidepresan klomipramin kimi seçici serotonin geri alım inhibitorları erkən boşalma problemini aradan qaldırmağa kömək edə bilər.

Dərman istifadəsinə həkiminiz qərar verəcək və dərmanınızı reçetə edəcək. Öz başınıza qətiyyən antidepresan istifadə etməməlisiniz.

Lokal üsullar

Penisə sürülən keyləşdirici kremlər və ya spreylər erkən boşalma problemi ilə başa çıxmağınıza kömək edə bilər. Krem və ya spreylər penisinizin həssaslığını azaldaraq boşalmanı gecikdirə bilər. Cinsi əlaqə yaşamadan əvvəl penisinizi yumağı unutmamalısınız. Əks halda partnyorunuz keyləşmə problemi yaşaya bilər.

Ümumilikdə tez boşalma müalicəsində istifadə olunan üsullar bunlardır:

  • Topikal anestetiklər
  • Anti-depresan olaraq istifadə olunan serotonin reseptorunu bloklayan dərmanlar
  • Qısa təsirli serotonin reseptorunu bloklayan dərmanlar
  • Alfa-1 reseptor blokatorları
  • Bəzi ağrıkəsicilər
  • PDE-5 inhibitorları (bərabərində sərtləşmə problemi də varsa daha təsirlidir)
  • Qeyri-dərman müalicələri

Bu dərman müalicələrindən başqa tədqiqatları davam edən digər müalicələr də mövcuddur. Bunlar mütləq bir həkim nəzarətində istifadə edilməlidir.

Tez boşalma niyə olur?

Erkən boşalma probleminin bir çox səbəbi mövcuddur. Əsas səbəblər belə sıralana bilər:

  • Psikogen (psixoloji səbəbə bağlı)
  • Nevroloji
  • Uroloji problemlər
  • Penis dərisinin lazımından çox həssas olması
  • İstifadə olunan dərmanlar (mərkəzi sinir sistemi oyadıcıları və ya depressiya üçün istifadə olunan dərmanların kəsilməsi sonrasında)
  • Hormonal problemlər (tiroid hormon yüksəkliği)

Erkən boşalma diaqnozu daha çox cütlüklərin şəxsi qane olmamağı nəticəsində həkimə müraciət etmələri zamanı anamnez alınaraq və/və ya xronometr istifadəsi (daha çox klinik tədqiqatlarda) ilə qoyula bilər. Erkən boşalma probleminin həlli üçün urologiya mütəxəssəsinə müraciət etmək, düzgün müalicə variantlarına çatmaq baxımından vacibdir.

Erkən boşalma növləri

Erkən boşalma problemi iki növdür:

1. Birincili erkən boşalma

İlk cinsi əlaqədən etibarən ortaya çıxan vajinaya girişdən dərhal əvvəl və ya vajinaya daxil olduqdan dərhal sonra ilk bir dəqiqə ərzində baş verən erkən boşalma növüdür.

2. İkincili erkən boşalma

Proses ərzində inkişaf edən və boşalma müddətinin qısalığının əlaqəyə girən şəxslər arasında problem yaratdığı ümumiyyətlə 3 dəqiqə altında baş verən erkən boşalma olaraq təyin edilir. Bu boşalma tipində dəyişkən (3-5 dəqiqə davam edən) və subyektiv olaraq təyin edilə bilən iki alt qrup daha vardır. Bunlarda müddət əslində çox az deyil. Primer erkən boşalmaya nisbətən daha geniş yayılmışdır.

  • Dəyişkən Erkən Boşalma: Uzun müddət cinsi əlaqəyə girməyən və ya yeni partneri olan şəxslərdə ortaya çıxır. Bunlar təhsildən fayda görür.
  • Subyektiv Erkən Boşalma: Əslində erkən boşalmazlar, belə olduğu qənaətindədirlər.

Tez boşalma müalicə edilməzsə…

Erkən boşalma problemi, növü və əvvəllər istifadə olunan müalicəyə görə təkrarlana bilər. Erkən boşalma müalicə edilmədikdə isə cütlüklər arasında narahatlıq, psixoloji problemlər, cinsi əlaqələrdən qaçınma və istənməyən ayrılıqlara səbəb ola bilər.

Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.

Previous Article

Sidiyin rəngi hansı xəstəliklərdən xəbər verir?

Next Article

Sidik kisəsində daş əlamətləri və müalicəsi

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *