Yorğunluğa səbəb olan vitamin çatışmazlıqları

Yorğunluğa səbəb olan əsas vitamin çatışmazlıqları əsasən dəmir çatışmazlığı, b12 vitamini, D vitami və maqnezium olur.
yorğunluğa səbəb vitamin çatışmazlığı

Bədənin vitamin və mineral balansı bədən və ruh sağlamlığını qorumaq, sağlam qalmaq üçün vacibdir. Bu balans pozulduqda yaşana bilən əlamətlərdən biri də yorğunluqdur.

Son dövrlərdə özünüzü həmişə yorğun hiss edirsinizsə və “Yorğunluq üçün hansı vitamin götürülməlidir?” deyə maraqlanırsınızsa, bu sualın cavabı:

Dəmir çatışmazlığı

Bədəndə hemoqlobin zülalının hazırlanmasında iştirak edən dəmir sayəsində hemoqlobin toxuma və əzələlərə oksigen daşıyır. Dəmirin çatışmaması halında şəxsdə halsızlıq və yorğunluq yaranır. Dəmir çatışmazlığının səbəbləri isə belədir:

  • Kofeinli içkilərin yeməklərlə istehlakı,
  • Çölyak kimi xəstəliklər səbəbindən bədənə alınan dəmirin sorulmasının pozulması,
  • Dəmirlə zəngin ət, yumurta kimi qidaların istehlak edilməməsi,
  • Hemoroid, mədə xorası, mədə və bağırsaq şişləri kimi səbəblərlə həddindən artıq qan itkisinin olması,
  • Aybaşı qanaxmalarının şiddətli olması,
  • Qeyri-kafi qidalanma.

Yaşanan dəmir çatışmazlığı ürək döyüntüsü, daimi yorğun hiss etmə halı, başgicəllənmə, depressiv olma, gözlərin qarmaması, dırnaqların tez qırılması, saç tökülməsi, dəri rəngində solma və ağız kənarlarında çatlaq kimi əlamətlər yaradırsa, mütləq mütəxəssis dəstəyi alınmalıdır.

Yaşanan dəmir çatışmazlığının səbəbləri araşdırılmalı və bu səbəbə yönelik müalicə tətbiq edilməlidir. Əgər yaşanan dəmir çatışmazlığı qeyri-kafi qidalanma səbəbindənsə, qidalanma rejiminə qaraciyər, qurumeyvə və qırmızı ət kimi dəmirlə zəngin qidalar əlavə edilməlidir.

Pəhrizin tənzimlənməsinin kifayət etmədiyi hallarda da dəmir dərmanları yalnız həkim tövsiyəsi ilə götürülməlidir.

Bu cür əlavənin həkim məsləhəti olmadan istifadəsi ürək, pankreas və qaraciyər kimi orqanlarda yığılmasına və zədələnməsinə səbəb ola bilər.

B12 vitamini çatışmazlığı

DNT hazırlanmasında rol oynayan vitamin B12 vitaminidir. Çatışmaması halında yorğunluq, kafa qarışıqlığı, keyləşmə, anemiya (qansızlıq) kimi əlamətlər yaşanır.

Bəs B12 vitamini hansı yeməklərdə olur? Toyuq, süd, pendir, yumurta, qırmızı ət, böyrək saqqızı, qaraciyər saqqızı, balıq, qatıq, müxtəlif dəniz məhsulları B12 vitamini baxımından vacib mənbələrdir.

B12 vitamini çatışmazlığı da qansızlığa səbəb ola bilər. Bunun nəticəsində də tez yorulma, ürək döyüntüsü, gözlərin qarmaması kimi problemlər yarana bilər. Şəxsin yaşının artması ilə birlikdə də B12 sorulması və bədəndə saxlanma qabiliyyəti azalır.

Folik turşu çatışmazlığı

Suda həll olan B vitamini növü olan folik turşu, bədəndə saysız-hesabsız funkisyaya sahibdir. Ümumiyyətlə yaşıl yarpaqllı tərəvəzlərdə, yumurtada və paxlalılarda olur. RNT və DNT istehsalı üçün lazımdır və qırmızı qan hüceyrələrinin istehsalında mühüm rol oynayır.

Çatışmazlığı halında yorğunluq və qansızlıq görülür. Tez-tez alkoqol istehlak etmək, təzə tərəvəz-meyvələri pəhrizə daxil etməmək, tərəvəz və meyvələri həddindən artıq bişirərək istehlak etmək də çatışmazlığına səbəb olan amillər arasındadır.

Folik turşu çatışmazlığı halında iynə və ya ağızdan tablet istifadəsi tövsiyə edilə bilər.

D vitamini çatışmazlığı

D vitamini yağda həll olan və bədəndə saxlanan vitamindir. Bədənin immunitetində mühüm yerə sahibdir və sümük metabolizması üçün alınmalıdır.

Ən vacib D vitamini mənbəyi günəşdir. D vitamini bir qədər də heyvansal və bitki qidalarında olur. Əzələ ağrıları, yorğunluq və halsızlıq D vitamini çatışmazlığı əlamətləri arasındadır.

Qapalı mühitdə işləyənlər, qapalı geyimlər geyinənlər, böyrək və qaraciyər narahatlığı olanlar, əmizirian analar, hamilələr D vitamini çatışmazlığında risk qrupundadır.

Çatışmazlığını yaşamamaq üçün hər gün 11.00-15.00 saatları arasında qoruyucu krem istifadə etmədən günəşə çıxılmalıdır.

Maqnezium çatışmazlığı

Hüceyrədə enerji istehsalında rol oynayan vacib mineraldir. Maqnezium çatışmazlığı halında enerji istehsalında nasazlıqlar olur və əzələ ağrıları, yorğunluq kimi əlamətlər yaşanır.

Çatışmazlığın şiddətli olması halında keyləşmə, əzələ krampları, diqqətin azalması kimi əlamətlər də yaşanır. Bədəndən maqnezium atılması sidik söktürücü istifadə edən və çox tərləyən insanlarda daha çoxdur. Yaşın artması ilə birlikdə maqnezium sorulması azalır.

Maqneziumun qidalarla kifayət qədər alınmaması halında bədən sümüklərdə yığılmış maqneziumu istifadə edir. Çölyak, diabet, kolit və alkolizm kimi hallarda maqnezium çatışmazlığı tez-tez görülür.

Pomidor, taxıl məhsulları, soğan, tünd yaşıl tərəvəzlər, xurma, kərəviz, badam, kərəfs, fındıq, kakao, banan, fıstıq və ceviz maqnezium baxımından zəngindir.

Bu məqalə ümumi məlumat məqsədilə hazırlanmışdır. Fərdi tibbi məsləhət üçün mütəxəssis həkimə müraciət edin.

Previous Article

Aybaşı gecikməsi niyə olur? 10 əsas səbəbi

Next Article

Sidiyin rəngi hansı xəstəliklərdən xəbər verir?

Write a Comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *