Sidiyin rəngi keçmişdən bu günə qədər xəstəliklərin diaqnozunda mühüm yer tutan bir vasitə olmuşdur. Əksər xəstələr üçün sidik rəngindəki dəyişiklik qorxuducu ola bilər.
Bəzən xəstələrin başqa şikayəti olmadan tək başına sidik rənglərindəki dəyişiklik həkimə müraciət səbəbi ola bilər. Sidiyin rəngləri bir çox səbəbə bağlı olaraq dəyişir.
Yediyimiz qidalar, aldığımız dərmanlar, gündəlik aldığımız maye miqdarı və bəzi xəstəliklər sidik rəngindəki dəyişikliyə səbəb ola bilər.
Sidiyin çox hissəsi, təxminən 95%-i sudur, qalan hissə elektrolitlər və bədəndən atılması lazım olan maddələrdən ibarətdir.
Sidik rəngi əsasən sarı rəngdədir. Sağlam olan və kifayət qədər su içən şəxsdə sidik açıq saman və ya şəffaf açıq sarı rəngindədir.
Sidiyin sarı rəngdə olmasını təmin edən maddə ürobilindir. Ürobolin qandakı qırmızı hüceyrələrin dağılması ilə yaranan qalıq maddədir. Tünd sarı sidik isə az maye istehlakının əlamətidir. Sidik rəngi gün ərzində və ya gündən günə dəyişkənlik göstərə bilər.
Amma vacib olan sarının tonlarında görünməsidir. Bundan başqa fərqli rənglər bəzi xəstəlik və vəziyyətlərə işarə edə bilər.
Şəffaf sidik rəngi
Rəngsiz sidik həddindən artıq maye istehlakında görülür. Həddindən artıq maye istehlakı elektrolit tarazlığının pozulmasına səbəb ola biləcəyindən vacibdir.
Şəkər xəstəliyi və diabet varlığında həddindən artıq maye istehlakına bağlı həddindən artıq sidik çıxarma gözlənilən əlamətdir.
Ona görə də əgər su kimi sidik və həddindən artıq susuzluq birlikdədirsə, şəkər xəstəliyi baxımından həkimə müraciət edilməlidir.
Bal rəngi sidik
Ehtimal ki, az maye istehlakı vardır. Ancaq sidik rənginə baxaraq maye istehlakının tənzimlənməsi tövsiyə olunan vəziyyət deyil. Maye istehlakı susuzluq hissinə görə tənzimlənməlidir. Yəni susuduqca su içilməlidir.
Ancaq böyrək daşı və ya böyrək xəstəliyi olan xəstələrin gündəlik həkimləri tərəfindən özlərinə deyilən miqdarda su içmələri lazımdır.
Açıq narıncı-narıncı sidik rəngi
- Az maye istehlakı
- Qaraciyər və öd kisəsi xəstəlikləri
- Həddindən artıq riboflavin, vitamin B12, vitamin A alınması
- Həddindən artıq işlənmiş boyalı qida istehlakı, həddindən artıq çuğundur, aloe, yerkökü istehlakı
- Bəzi dərmanlar (sulfosalazin, fenazopiridin, rifampin, bəzi kimyaterapiya dərmanları və bəzi ishal edici dərmanlar)
Tünd narıncı və ya qəhvəyi sidik
- Sarılıq
- Rabdomiyoliz
- Gilbert sindromu
- Həddindən artıq susuz qalma kimi hallarda ola bilər
Çəhrayı sidik rəngi
Çuğundur, qara giləmeyvə kimi qidaların istehlakından sonra çəhrayı sidik görülə bilər. Çuğundur içərisindəki betalain piqmenti 14% hallarda sidiyin çəhrayımsi rəngdə olmasına səbəb olur. Qara giləmeyvə əgər sidik turşudursa, sidiyin qırmızı rəngdə görünməsinə səbəb olur.
Qırmızı sidik rəngi
Başqa sözlə qanlı sidik mənasına gəlir. Hematuriya adı verilən bu vəziyyət vacib sağlamlıq problemlərinin göstəricisi ola bilər. Qırmızı sidik varlığında əvvəlcə sidikdə həqiqətən qan hüceyrələrinin olub-olmadığı test edilir.
Sidik nümunəsinin mərkəzdənqaçırma edilməsi ilə əgər üstdə qalan maye hissə qırmızı deyil, yalnız çökən hüceyrələr qırmızı rəngdədirsə, həqiqətən qanlı sidik vardır.
Əgər qırmızı olan üst qatda aparılan başqa bir testlə qana qırmızı rəngini verən hem adlı piqmentə rast gəlinməzsə, bu halda qırmızı sidik narahatlıq tələb edən vəziyyət olmayıb, aşağıdakı səbəblərdən qaynaqlanmış ola bilər:
- Rifampin və ya fenitoin kimi dərmanların istifadəsi
- Boyalı qida istehlakı
- Çuğundur istehlakı, senna olan qidalar və ya dərman istehlakı
- Kəskin intermitant porfiriya
Üst qatda hem piqmentinin olması halında hemoglobinuriya və miyoglobinuriya var deməkdir. Hemoliz, rabdomiyoliz kimi vəziyyətlərin varlığına işarə edir.
Qanlı sidik varlığı:
- Həddindən artıq məşq
- Böyrək daşı
- İnfeksiya
- Qlomerulonefritlər
- Prostat ilə bağlı vəziyyətlər
- Sidik yolu xərçənglərinə işarə edə bilər
Qırmızı sidik görülməsi halında dərhal həkimə müraciət etmək lazımdır.
Yaşıl sidik rəngi
Qızılgül istehlakından sonra bəzi xəstələrdə yaşıl rəngdə sidik görülə bilər. Yenə bəzi dərmanlar (propofol, amitriptilin…), boyalı qida istehlakı və bəzən də infeksiya səbəbindən ola bilər. Ona görə dərman və ya şübhəli qida istehlakı yoxdursa, mümkün infeksiya baxımından həkimə müraciət etmək lazımdır.
Göy sidik rəngi
Boyalı qidalar, dərmanlarla yanaşı ailə metabolik xəstəliyi olan ‘ailə hiperkalsemiyası və ya göy bez sindromu’ (blue diaper syndrome) varlığında göy sidik rəngi görülür.
Tünd qəhvəyi və ya qara sidik rəngi
- Bəzi dərmanlar (xlorokin, L-dopa, metronidazol, nitrofurantoin, statin qrupu xolesterol dərmanları…)
- Qidalar (fava lobya, aloe…)
- Mis zəhərlənməsi
- Fenol zəhərlənməsi
- Melanoma varlığında melanuriya
- Okronozis adlı qara sidik, alkaptonuriya (qara sidik xəstəliyi) varlığında homoqentisik turşu atılımı səbəbindən yaranır. Qara rəng sidiyin bir müddət gözləməsi ilə daha aydın hala gəlir.
Ağ və ya süd Kimi sidik rəngi
- Kalsium və ya fosfat kimi bəzi mineralların həddindən artıq alınması
- Həddindən artıq protein istehlakı
- Sidik yolu infeksiyası səbəbindən ola bilər
Xəstələrdə aralıqlı süd rəngi sidiklə birlikdə sidik edərkən ağrı, tez-tez sidik çıxma, təcili sidik etmə, sidik edə bilməmə olmasına şiluriуa deyilir. Limfa sistemi ilə daşınan şilomikronların qapaq çatışmazlıqları, tıxanma və ya ötürmə anomaliyaları səbəbindən renal limfatiklərə, oradan da sidik yollarına yönəlməsi ilə olur.
Bu xəstələrə tıxanma yerinin təspit edilməsi üçün ultrasəs və ya tomoqrafiya aparılmalı və urologiya mütəxəssisləri tərəfindən qiymətləndirilməlidirlər.
Bənövşəyi sidik kisəsi sindromu
Xroniki sidik zondu olan yataq xəstələrinin bir hissəsində sidik kisəsi və zondunda bənövşəyi rəng görülə bilər. Dəqiq səbəbi bilinməsə də qələvi sidiyi olan və sidik yolu infeksiyası olan xəstələrdə görüldüyü müəyyən edilmişdir.
Sidik rəngindəki dəyişiklik zamanı nə edilməlidir?
Yalnız sidik rənginə baxılaraq belə çox şey deyilə bilər. Sidik rəngindəki anlıq olmayan, davamlı olan rəng dəyişikliklərində mütləq həkimə müraciət etmək, altda yatan fərqinə varılmayan bir xəstəliyin diaqnozunu qoymağa kömək edə biləcəyi unutulmamalıdır.
- Az maye istehlakı da sidik rəngindəki dəyişikliklərə səbəb ola biləcəyindən, kifayət qədər maye istehlakı ilə sidik rəngindəki dəyişimin olub-olmadığı yoxlanılmalıdır.
- İstifadə olunan dərmanlar sorğulanmalı, sidik rəngindəki dəyişim ilə yaxın vaxtlarda istifadə olunan dərmanlar nəzərdə tutulmalıdır.
- Yaxın vaxtlarda yenilən qidalar, xüsusən boyalı qida istehlakı sorğulanmalıdır. Qida səbəbindən sidik rəngi dəyişiklikləri adətən qısa müddət çəkir və bol maye alımı ilə sidik rəngində düzəlmə görülür.
- Sidik rəngindəki dəyişimlə birlikdə sidik edərkən ağrı, sidik etmə tezliyində artım, təcili sidik etmə istəyi, qarın və yan ağrısı, zəiflik, sarılıq kimi digər əlamətlərin olması sidik rəng dəyişiminin bir xəstəlik vəziyyəti ilə əlaqəli olduğuna işarə edə bilər. Buna görə əlavə əlamət və əlamətlərin olması halında vaxt itirmədən həkimə müraciət etmək lazımdır.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.