Varikosel bütün dünyada görülən və kişiləri təsir edən bir sağlamlıq problemidir. Həyati təhlükə yaratmır, lakin insanın rahatlığını təsir edə bilir, xüsusən uşaq sahibi olmaq istəyənlər üçün risk faktoru kimi qiymətləndirilə bilər. Sonsuzluq yaşayan kişilərin təxminən 40%-də varikosel görülə bilir.
Varikosel nədir?
Varikosel, xaya torbasının içərisində yerləşən damarların şişməsidir. Varikosel xəstəliyi hər yaşda görülə bilər və həmişə əlamət göstərmir.
Lakin bəzi hallarda ağrı, xayalardan birində ağırlıq hissi və ya şişkinlik kimi şikayətlər yarana bilər.
Kişilərdə çoxalma sistemi spermanın istehsalı, saxlanması və daşınmasından məsuldur. Sperm, qadında yumurtanı döllənən kişi çoxalma hüceyrəsidir.
Kişilərdə sperm, testosteron hormonu sintez edən və testis adlanan vahidlərdə saxlanır. Sağlam bir kişidə iki ədəd xaya olur Skrotum, xayaları tutan kisəyə verilən addır.
Spermlər, hər bir xayanın arxasında yerləşən spiral boru (epididim) içində yetişir. Spermlər, epididımdən vas deferens kimi təyin olunan bir boru vasitəsilə prostata gedir.
Prostat, bağırsaqların ön hissəsində, sidik torbansının dərhal altında yerləşən və sidik torbasının çıxışını əhatə edən bir ifrazat vəzidir. Spermləri qoruyan mayenin istehsalından məsuldur.
Boşalma baş verəndə sperm ilə prostatın ifraz etdiyi qoruyucu maye, manini yaradır və mani sidik yolundan keçərək penisin ucundan xaricə atılır.
Sağlam bir sperm istehsalı və spermin saxlana bilməsi üçün xayalardakı temperaturun bədən temperaturundan daha aşağı olmasına ehtiyac vardır.
Xayalara qan getməzdən əvvəl testis arterində tərs axınlı istilik dəyişdirici vəzifəsini üzərinə götürən və testislərdən oksigenli aşağı qanı daşıyan damarlar vardır.
Skrotumda bulunan və pampiniform pleksus adlanan bu damarlar testislərdəki istiliyi sabit tutaraq keyfiyyətli sperm istehsalına kömək edir.
Varikosel, pampiniform pleksusin genişlənməsi nəticəsində inkişaf edən varis bənzər əmələgəlmədir. Adətən ciddi bir problem yaratmır və zərərsiz kimi xarakterizə edilir.
Lakin bəzi hallarda ağrıya yaxud testislərdə kiçilməyə səbəb ola bilər. Skrotumdakı damarların genişlənməsi, xayaların həddindən artıq qızmasına və buna bağlı olaraq sperm istehsalında azalmaya, keyfiyyətində düşməyə yol aça bilər.
Varikosel əlamətləri nələrdir?
Varikosel adətən heç bir əlamət göstərmədən irəliləyir. Nə qədər ciddi bir problem kimi görülməsə də, xüsusən uşaq sahibi olmaq istəyən kişilərdə sperm keyfiyyəti və sayında fərqlilik yarada bilər.
Adətən izah olunmayan qisirlik vəziyyəti ilə üzləşən kişilərdə varikosel araşdırması aparılır.
Varikosel əlamətləri arasında aşağıdakılar yer ala bilər:
- Varikosel adətən birtərəfli olaraq inkişaf edir. Oksigenli qanın daşındığı skrotum damarlarnda müşahidə olunma nisbəti yüksək olduğu üçün əksər hallarda sol tərəfdə və testisin üzərində yumşaq bir şişkinlik müşahidə oluna bilər. Bu şişkinlik damarların genişlənməsi və büküləməsi nəticəsində qurd görünümlü bir quruluş şəklində özünü göstərə bilər.
- Xaya, skrotum yaxud qasıqda daimi, donuq bir ağrı yaxud ağırlıq hissi (uzandığınız zaman adətən yaxşılaşır),
- İsti havalarda yaxud idman sonrası pis olan ağrı və narahatlıq hissi,
- Varikoselin təsir etdiyi testisdə kiçilmə.
Varikoseli müəyyən etmək üçün uroloq həkim, xəstənin tibbi keçmişini incələyir və əlamətlər ilə bağlı xəstədən məlumat alıb fiziki müayinə aparır.
Varikoseldən şübhələndiyində aşağıdakı testləri istəyə bilər:
Pelvik Ultrasəs: Xayalarda kı damarları ətraflı olaraq incələmək üçün aparılan pelvik ultrasəs bir növ görüntüləmə testidir. Xaricdən xayanın dəri toxuması üzərində ultrasəs cihazı köməyilə damarların görünüşü incələnir.
Semen Analizi: Varikosel sperm keyfiyyətini və sayını təsir edə bilər. Xəstənin manisindən sperm xüsusiyyətləri araşdırılır.
Qan Testi: Varikosel vəziyyətində xəstənin FSH (folikul stimullaşdırıcı hormon) və testosteron hormonlarında dəyişikliklər yaşana bilər. Qan tahlili ilə bu dəyişikliklər aşkar edilərək varikosel diaqnozu qoyula bilər.
Varikosel mövcudluğu söz mövzusu olduqda xəstəliyin şiddətini təyin etmək üçün dərəcəsi hesablanır:
- Dərəcə 0: Ultrasəsdə fərq edilən testis damar genişlənməsidir. Həkim fiziki müayinə ilə damar genişlənməsini hiss etmir, lakin ultrasəsdə varikosel mövcudluğundan söz edilə bilər.
- Dərəcə 1: Həkim, varikoselin fiziki müayinəsi zamanı valsalva manevrası adlanan bir üsul istifadə edir. Bu üsulda xəstənin dərin nəfəs alması və ağzı ilə burnunu bağlayaraq nəfəsini verməyə çalışması istənir. Valsalva manevrası adlanan bu üsul tətbiq olunduqda damarlarda şişmə müşahidə olunursa birinci dərəcə varikoseldən söz edilə bilər.
- Dərəcə 2: Xəstə valsalva manevrası etmədən belə testislərində şişmiş damarlar müşahidə olunursa 2. dərəcə varikosel təşxisi qoyulur.
- Dərəcə 3: Testislərdəki şişmiş damarlar gözlə görünə bilər və həkimin fiziki müayinəsində asanlıqla hiss oluna bilər.
Varikosel niyə yaranır?
Varikoselin nədən inkişaf etməsinə dair müəyyən bir risk faktoru yoxdur və aydın bir səbəbdən söz edilməsi mümkün deyil.
Xayaların hər biri testis sinirlərindən, vas deferens kimi adlandırılan spermi ötürən kanaldan, testis arterindən və toplayan damarlarından ibarət spermatik kord, yəni damar sapında yer alır.
Testislərin sabit qalmasına kömək edir. Sağlam damarlarda birtərəfli klapanlar bulunur. Açma-bağlama vəzifəsini üzərinə götürən bu klapanlar qanı testislərdən skrotuma doğru hərəkətləndirib ürəyə geri göndərir.
Bəzi hallarda klapanlar tam olaraq vəzifəsini yerinə yetirə bilməz və qan damarlarda toplanaraq genişləməyə yol aça bilər. Genişlənən damarlar zamanla varikosela səbəb ola bilər.
Damar genişlənməsinə səbəb ola biləcək mümkün faktorlar arasında aşağıdakılar yer ala bilər:
- Sol testis damarları dik vəziyyətdədir. Qan dik küncdəki damarlardan güclə fışqıraraq klapan qapaqlarının xarab olmasına səbəb ola bilər. Bu vəziyyət qanın toplanmasına və damarların yavaş-yavaş genişlənərək büküləməsinə yol aça bilər.
- Sağ və ya sol testis damarlarnda hər hansı bir lezyonun inkişafı yaxud damarın bağırsaqlar kimi testisə yaxın orqanlar tərəfindən sıxışdırılması testis damarlarında tıxanıqlığa səbəb ola bilər. Zamanla tıxanıqlıq klapanlarda zədələnməyə səbəb olaraq qanın toplanmasına və damar genişlənməsinə yol aça bilər.
- Nutcracker Sindromu sol böyrək toplayan damarının aort və üst mezenterik damar (bağırsaq arteriyası) tərəfindən sıxışdırılması nəticəsində yaranır vəziyyətdir. Bu sıxışdırma sol testis damarına gedən qanın daha güclü axmasına səbəb olaraq klapan sistemində zədələnməyə və damarın genişlənməsinə yol aça bilər.
Varikoseli demək olar ki, hər yaşda görülə bilər və adətən kongenital bir vəziyyətdir. Çox hallarda yeniyetməlik dövründə fərq edilir və testislərin düzgün şəkildə inkişafını mane ola bilər.
Varikosel necə müalicə edilir?
Varikosel müalicəsi, damar genişlənməsinin dərəcəsinə bağlı olaraq dəyişiklik göstərir.
Aşağı dərəcəli varikoseldə aşağıdakı seçimlər həkim tərəfindən təklif olunur:
- Varikosel xəstəni narahat etmirsə və sperm keyfiyyətində hər hansı bir problem yoxdursa müalicəyə ehtiyac duyulmaya bilər.
- Testislərdə narahatlıq hissinə səbəb olan bəzi fəaliyyətlərdən qaçınılması tələb oluna bilər. Məsələn, uzun müddət ayaq üstə durmaq yaxud idman etmək testislərdə ağrı və narahatlığa səbəb ola bilər. Bu vəziyyətdə həkim, testisləri sabit tutması üçün dar alt paltarı yaxud idmançı askısı adlanan bir geyim məhsulunun istifadə olunmasını təklif edə bilər.
- Xayalarda ağrı və narahatlıq hissini azaltmaq üçün buz tətbiqi təklif oluna bilər. Soyuq, genişlənən damarların büzülməsinə kömək edə bilər. Dəri üzərinə birbaşa buz tətbiq etmək əvəzinə buzları təmiz dəsmalə sarıb 15 dəqiqə ərzində ağrıyan testislərə tətbiq edə bilərsiniz.
- Həkim, irəli dərəcədəki, xüsusən sperm keyfiyyətində fərqlilik yaradan vəziyyətlər üçün varikosel əməliyyatı yaxud varikosel embolizasiyası kimi müalicələr təklif edə bilər.
Varikosel əməliyyatı
Varikoselektomiya adlanan varikosel əməliyyatı, xəstəxana mühitində və ümumi yaxud lokal anesteziya altında həyata keçirilən cərrahi bir əməliyyatdır.
Uroloq tərəfindən aparılan əməliyyatda həkim, cərrahi yolla qarın yaxud pelvisə giriş edir. Genişlənən damarlar kəsilir və ucları bağlanır.
Mikrocərrahiyyə, yəni mikroskop altında damarların böyüdülərək aparıldığı əməliyyat sayəsində genişlənən qan damarları bağlandığı üçün qan digər damarlardan axış edir.
Varikosel müalicəsində istifadə olunan başqa bir üsul varikosel embolizasiyasıdır. Bu üsulda xəstənin qoltuq altı yaxud qasığı uyuşdurulub nazik bir qab toplayan damar içərinə yerləşdirilir.
Angioqrafiya cihazı köməyilə hansı damarlarda genişlənmə olduğu təsbit edilir. Sonra genişlənən damarlar xüsusi tellər vasitəsilə bağlanır.
Varikosel əməliyyatından sonra nələrə diqqət edilməlidir?
Varikosel əməliyyatını izləyən bir həftəlik müddətdə xəstənin istirahət etməsi vacibdir. Cərrahi əməliyyatın aparıldığı nahiyənin zərbələrdən qorunması və müntəzəm olaraq pansuman edilməsi lazımdır.
Bu müddət ərzində xəstənin duş almaması tövsiyə olunur. Cərrahi yaranın vəziyyətinə görə həkiminiz pansumanların açılmasına və duş almağa qərar verə bilər.
Əməliyyatdan sonrakı bir aylıq müddətdə ağır yük qaldırılması və zorlayıcı idman fəaliyyətlərinin edilməsi, sağalma prosesini uzada bilər. Əməliyyat sonrası ilk günlər, testis və ya testislərdə şişkinlik görülməsi təbiidir.
Testis ətrafında hidrosel adlanan maye toplanması müşahidə oluna bilər. Bu vəziyyətdə hidrosel əməliyyatı adlanan ikinci bir cərrahi əməliyyata ehtiyac duyula bilər.
Cinsi sağlamlığın təsirlənməməsi və gec yaşda qan dövranı sistemi problemlərindən qorunmaq üçün nəzarətləri müntəzəm etdirmək vacibdir.
Xüsusən çoxalma qabiliyyəti olan şəxslərdə varikosel risk faktorları və ya əlamətləri varsa qısa zamanda mütəxəssisə müraciət etməsi tövsiyə olunur.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminizlə məsləhətləşin.