Böyrəklər, qəhvəyi lobya şəklində iki kiçik orqana verilən addır. Şəxsin bel hündürlüyündə, onurğanın hər iki tərəfində döş qəfəsinin altında, arxaya daha yaxın mövqedə bədənin iki tərəfində yerləşir.
Böyrəklər, sidik kisəsi və sidik kanalı kimi bədəndəki sidiyin daşındığı və saxlanıldığı orqanlarla əlaqəlidir.
Böyrəklərin bədəndə çox vacib və həyati funksiyaları mövcuddur. Bu səbəblə çox insanlar böyrək sağlamlığını qorumağın yolları haqqında müxtəlif araşdırmalar aparır.
Böyrək, ilk növbədə şəxsin qanında olan suyu, turşuları və tullantıları təmizləyir və süzür. Sonra bu tullantıların bədəndən xaric edilməsi üçün sidik halına gətirir.
Lakin böyrəklər bir şəkildə xəstələnirlərsə, zədələnirlərsə və ya çapıq toxuması sayəsində örtülərlərsə, normal vəzifələri olan qandakı duzlar ilə kalsium kimi minerallar və su arasında daha sağlam tarazlıq təmin etmə işini düzgün şəkildə həyata keçirə bilməzlər.
Böyrəklər həmçinin şəxsin qan təzyiqini idarə etməyə, sümükləri güclü saxlamağa və qanda oksigen daşımaqla məşğul olan qırmızı qan hüceyrələrini yaratmağa kömək edən hormonlar istehsal edir.
Çox vacib və həyati funksiyaları olan bu böyrəklərdən qaynaqlanan ağrı kimi hər hansı xəstəlik və ya zədələnmə əlamətinə xüsusilə diqqət etmək lazımdır.
Böyrəklərin funksiyları nədir?
Böyrəklər bədənin ən vacib orqanları arasındadır. Qandan tullantı məhsullarının süzülüb təmizlənməsindən və maye artıqlığının sidik şəklində atılmasından məsuldurlar.
Böyrəklər həmçinin qan təzyiqinin tənzimlənməsi, yeni qırmızı qan hüceyrələrinin hazırlanması və sümüklərin daha sağlam olmasında da köməkçidirlər.
Böyrək xəstəliklərinin əlamətləri
- Tez yorulma, ürəkbulanması, qusma
- Sidikdə baş verən dəyişikliklər (Qanlı, çay rəngli, köpüklü olması)
- Sidik etmə vərdişində dəyişimlər (Miqdarda artma və ya azalma, sidik sıxılması, sidik edərkən yanma hissi, gecə sidik etmə)
- Ayaq biləkləri, əl və üzdə şişkinlik
- Yüksək qan təzyiqi
- Nəfəs darlığı, nəfəs almada çətinlik
- Dad almada pozğunluq, pis qoxulu nəfəs
Böyrək sağlamlığı üçün risk təşkil edən vəziyyətlər nələrdir?
Şəkər Xəstəliyi (Diabet)
Böyrək xəstəliyi diabetin bir komplikasiyası olaraq meydana gələ bilər. Yaxşı nəzarət edilməmiş qan şəkəri böyrəklərdəki qan damarlarını zədələyir və bu diabet böyrək xəstəliyinin inkişafında ən vacib səbəblərdən biridir.
Hipertenziya (Yüksək Qan Təzyiqi)
Nəzarət edilməmiş hipertenziya böyrəklərdəki kiçik damarların quruluşunu pozur. Bunun nəticəsində böyrəklər xəstələnir və normal funksiya göstərə bilməz vəziyyətə gəlir.
Daş xəstəliyi
Böyrək və sidik yollarında meydana gələn daşlar böyrək toxumasında yerləşdikləri mövqe etibarı ilə ya birbaşa və ya sidik axınını maneə törətməklə daimi zərər verə bilərlər.
Nefritlər
Qlomerulonefrit müxtəlif səbəblərlə böyrək damarlarında iltihaba səbəb olur; bu vəziyyət daha sağlam böyrək toxumasını zədələyir, sidikdə protein itkisi, qan görünməsi və irəliləyici böyrək xəstəliyinə səbəb olur. Pielonefrit təkrarlanan sidik yolu infeksiyalarının böyrəklərə doğru yuxarı yayılması ilə meydana gəlir.
Struktur Pozğunluqları
Polikistik böyrək xəstəliyində böyrəklərdə çox sayda kist adlandırılan, içləri maye dolu kisəciklər mövcuddur. Normal böyrək toxuması bu kistlərlə yer dəyişir.
Dərmanlar/Toksinlər
Xüsusilə böyrəklərdən atılması olan dərmanlar ilk sırada olmaqla bir çox dərmanın böyrək funksiyalarını mənfi istiqamətdə təsir edən yan təsirləri ola bilər.
Revmatik xəstəliklərdə istifadə ediləcək antiinflamatuar və ağrı kəsici dərmanlar böyrəyə zərərli təsiri baxımından diqqət edilməsi lazım olan dərmanların başında yer alır.
Hər cür dərman istifadəsi mütləq həkim nəzarətində olmalıdır. Həmçinin bəzi toksin və ağır metallar da böyrəyə zərər verə bilər.
Böyrək sağlamlığını qorumağın yolları
“Böyrəklərimizin sağlamlığı üçün nələrə diqqət etməliyik?” sualının cavabını aşağıdakı başlıqlar halında verə bilərik:
Çəkinizi və qan şəkərinizi nəzarət altına alın
Xroniki böyrək rahatsızlığının ən tez-tez səbəbi, xalq arasında şəkər xəstəliyi olaraq bilinən diabetdir. Yüksək qan şəkəri səviyyələrinin böyrək xəstəliklərinə səbəb olduğu və mövcud böyrək xəstəliklərini sürətləndirdiyi bilinir. Bu səbəbdən qan şəkəri nəzarəti böyrək sağlamlığı üçün son dərəcə vacibdir.
Piylənmə son illərin ən çox artım göstərən və ən vacib sağlamlıq problemi olaraq qarşımıza çıxır. Piylənmənin təkbaşına böyrəkləri mənfi təsir etdiyi bilinir. Bununla yanaşı piylənmə diabetə də səbəb ola bildiyindən böyrəklər üçün iki qat risk təşkil edir.
Çəki nəzarəti ilə yanaşı karbohidratlı və hazır qidalardan uzaq qidalanmaq böyrək sağlamlığı üçün son dərəcə vacibdir.
Yüksək təzyiq yalnız ürəyi təsir etmir
Hipertenziya yalnız ürək və damar xəstəliklərinə deyil, xroniki böyrək problemlərinə də yol açır. Duz istehlakının normal səviyyələrə çəkilməsi təzyiq, ürək və böyrək rahatsızlıqlarını əhəmiyyətli dərəcədə azaldır.
Aparılan araşdırmalar dünyada duz istehlakının azaldılmasının 10 il ərzində 8,5 milyon insanın həyatını xilas edə biləcəyini göstərir.
Rutin müayinələrinizi etdirin
Xroniki böyrək xəstəliklərində hipertenziya, diabet, piylənmə kimi qarşısının alına bilən amillərın yanında şəxsin həyat tərzinin səbəb olmadığı nefrit və polikistik böyrək xəstəliyi kimi xəstəliklər də mühüm yerə malikdir.
Bu cür rahatsızlıqların erkən mərhələdə diaqnoz qoyulması dializ prosesinə girmədən müalicə şansını əhəmiyyətli dərəcədə artırır. Böyrək xəstəlikləri çox vaxt son mərhələyə gələnə qədər heç bir əlamət göstərməyə bilər. Əlamətlər ortaya çıxdıqda isə çox vaxt xəstəlik geri dönüşü olmayan mərhələyə girmiş olur.
Bu səbəbdən sadə qan və sidik analizləri ilə rutin sağlamlıq müayinəsinin aparılması lazımdır. Xüsusilə ailəsində böyrək rahatsızlığı olan şəxslərin müəyyən aralıqlarla müayinədən keçməsi ehtimal olunan rahatsızlıqların erkən diaqnozu və müalicəsi üçün vacibdir.
Prostat böyüməsi böyrəklərinizə zərər verə bilər
Prostatın xoşxassəli böyüməsi, prostat xərçəngi və ya sidik kisəsi problemləri böyrəkləri mənfi mənada təsir edir. Bu cür rahatsızlıqlarda sidiyin tam olaraq boşaldılamaması böyrəyə geri qaçaqların yaşanmasına və böyrək xüsusiyyətlərinin pozulmasına zəmin hazırlayır.
Uzun müddətdir prostat problemi yaşayan xəstələrin böyrək funksiyalarını da yoxdatdırması lazımdır. Sidik sondası taxılması, dərman və ya lazım olan hallarda cərrahi müdaxilələr müalicədə istifadə olunacaq üsulların başında gəlir.
Daşlar səbəbindən böyrəyinizdən olmayın
Böyrək xəstəlikləri arasında ən geniş yayılmış əlamət verən xəstəliklərin başında böyrək daşları gəlir. Bir çox böyrək daşı şiddətli ağrıya səbəb olmaqla yanaşı heç bir əlamət vermədən inkişaf edən böyrək daşları da var. Böyrək daşlarının kanalları tıxaması böyrək xüsusiyyətlərini mənfi təsir edir.
Aktiv böyrək daşı şikayəti olmasa belə bu xəstə qrupu müəyyən aralıqlarla mütləq Nefrologiya və Urologiya bölmələrindən təqib edilməli, böyrək xüsusiyyətləri izləm altında saxlanılmalıdır.
Hər ağrıda dərman istifadə etməyin
Sağlam böyrəklər üçün ağrı kəsicilər ilk sırada olmaqla lazımsız dərman istehlakından uzaq durmaq lazımdır. Şüursuzca istifadə ediləcək ağrı kəsicilər toplanıcı təsir ilə uzun müddətdə böyrəklərə zərər verə bilər.
Bundan əlavə tək bir ağrı kəsici istifadəsi nəticəsində böyrək funksiyalarının tamamilə itirildiyi halları da tez-tez görürük.
Dərmanlarla yanaşı təbii məhsul və ya bitki mənşəli müalicə adı altında bazarda satılan məhsullara ehtiyatlı yanaşılması lazımdır.
Həyat tərzinizə diqqət edin
Su istehlakının böyrək funksiyaları üçün əhəmiyyəti artıq hamı tərəfindən bilinir. Həyat tərzini düzəndirərkən su istehlakına əlavə olaraq idman etmək də ön plana çıxarılmalıdır.
Gündəlik idman və su istehlakının çəki nəzarətində mühüm yeri olduğu unutulmamalıdır. Qazlı içkilər yüksək miqdarda fosfor və şəkər ehtiva etdiyindən yalnız böyrək deyil, ümumi sağlamlıq baxımından da uzaq durulması lazım olan qidalar arasındadır.
Kartof, banan, kəpəkli taxıllar, süd və pomidor kimi yüksək kalium ehtiva edən qidaların istehlakı daha sağlam böyrəklərə malik şəxslər üçün tövsiyə edilsə də, böyrək xəstələri bu qidaları diqqətlə istehlak etməlidir.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkiminiz ilə məsləhətləşin.