Bədənimizin ən çox istifadə etdiyi orqanlar olan əllər və biləklərdə yaşanan ağrılar çoxlu xəstəliklərin xəbərçisi ola bilər. Əl və əl biləyi ümumilikdə 27 sümükdən ibarətdir.
Həm hiss orqanı, həm də tətbiq edən orqan olaraq insan həyatında mühüm yerə sahib olan əllər və biləklər, yaralanmaya və zərər görməyə ən açıq orqanlardır.
Əl biləyi ağrısı səbəbləri
- Tendinit: Tendonlarda baş verən infeksiya biləkdə ağrıya səbəb ola bilər. İnfeksiya səbəbindən biləkdə ağrıya şişlik də qoşulur.
- Burxulma: Əl biləyində ağrıya səbəb olan ən mühüm səbəblərdən biri burxulmadır. Biləkdə oynaqların ətrafındakı ligamentlərin zədələnməsi nəticəsində inkişaf edən biləkdə burkulma əlin müəyyən müddət hərəkətini məhdudlaşdırır.
- Karpal tunel sindromu: Biləkdə yerləşən sinir toxumalarının zədələnməsi nəticəsində öz funksiyasını yerinə yetirə bilməməsi ilə meydana çıxan sindrom, qol orta sinirinin biləkdə oynaqdan keçdiyi nahiyədə əmələ gəlir.
- Oynaq iltihabı (artrit): Oynaq iltihabının çoxlu səbəbləri var. Əl biləyindəki oynaqda yaşanan artroza bağlı olaraq inkişaf edir. Oynağın çox zorlanmasından stresə qədər çox müxtəlif səbəb oynaqların iltihablanmasına səbəb ola bilir.
- Qanqlion kist: Xoşxassəli kist növü olan qanqlion kist, içi maye dolu kapsullardan ibarətdir. Biləkdə şişlik ilə özünü göstərən sindrom həcmcə böyüsə də bədənin digər nahiyələrinə yayılmır.
- Qırılmalar və Zədələnmələr: Ən geniş yayılmış biləkdə ağrı səbəblərindən biri də ortopedik xəsarətlərdir. Düşmə, çəkmə, zorakılıq nəticəsində görülən biləkdə qırılmalar əl hərəkətini xeyli məhdudlaşdırır. Xüsusilə idman edənlərdə həddən artıq ağırlıq qaldırmaya bağlı olaraq inkişaf edən əl biləyində zədələnmə yumşaq toxuma zədəsi olduğu üçün uzun müddət narahat edir.
Əl biləyi ağrısının müalicəsi
Əl biləyindəki ağrının müalicəsi aparılarkən əsas səbəbin bilinməsi lazımdır. Bu ağrıların diaqnozu üçün mütləq ortopediya mütəxəssisi ilə görüşülməli və vaxt itirmədən müalicəyə başlanmalıdır.
Ağrı şiddətləndikdə müəyyən müddət hərəkət etdirməmək və daha çox zərər görməsinin qarşısını almaq üçün əl biləyi ateli istifadə edilə bilər. Kireçlənmə nəticəsində inkişaf edən əl biləyindəki ağrılar üçün isə fizioterapiya mütəxəssisinin təklif etdiyi əl biləyi məşqi edilə bilər.
Bu ağrıların müalicəsində isti və ya soyuq tətbiqlər həkim nəzarəti altında istifadə edilə bilər. Adətən buz tətbiqi, əl biləyində xəsarət nəticəsində inkişaf edən şişliklərdə istifadə olunur. Buz tətbiqi, biləkdə burkulmada ilk 48 saat şişliyi azaldıcı təsir göstərir.
Artrit və tendinit kimi iltihablı xəstəliklərdə iltihab söndürücü ağrı dərmanları istifadə edilir. Biləkdəki ağrılarda infeksiyanı müalicə edən kortizon istifadəsi də həkimlər tərəfindən təklif edilə bilər.
Bəzi biləkdəki ağrılarda isə həkim tərəfindən cərrahi müdaxilə olan artroskopik biləkdə əməliyyat təklif edilə bilər.
Səhifənin məzmunu yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün mütləq həkim ilə məsləhətləşin.